Icma.az
close
up
RU
AZAL ın Rəqəmsal bilet xidməti

AZAL ın Rəqəmsal bilet xidməti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən il 25 min sərnişin biletlərini geri qaytarıb və dəyişdirib

Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 25 minə yaxın sərnişini biletlərini geri qaytarıb və ya tarixini dəyişdirib. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Rəqəmsal kommersiya idarəsinin rəhbəri Vasif Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərə Çağrı mərkəzinə müraciət etmədən Azərbaycan Hava Yollarının veb-saytı və ya mobil tətbiqi vasitəsilə aldıqları biletləri rahat şəkildə qaytarmaq və dəyişdirmək imkanları təmin edilib:

– Müştərilər “Rezervasiyanın idarə olunması” bölməsinə daxil olaraq tarif qaydalarına uyğun şəkildə bileti geri qaytara və ya tarixi dəyişə bilərlər. 2025-ci il ərzində bu xidmətlərin 25 minə yaxın istifadəçisi qeydə alınıb və beləliklə, müştərilərimizin vaxtına qənaət olunmaqla aviaşirkətin Çağrı mərkəzinin iş yükü azaldılıb.

Digər bir yenilik reysin gecikməsi və təxirə salınması zamanı sərnişinlərin operativ məlumatlandırılmasıdır. Artıq 2025-ci ildən etibarən reysin ləğvi və ya gecikməsi, terminal və ya minik qapısının dəyişməsi hallarında sərnişinlər avtomatik olaraq elektron poçt, “WhatsApp” və mobil tətbiq üzərindən bildirişlər alırlar. Belə olan halda sərnişinlər reyslə bağlı məlumatları real vaxt rejimində izləyə, vəziyyətə uyğun qərarlar verə və səfərlərini düzgün planlaşdıra bilirlər.

V.Məmmədov onu da qeyd edib ki, sərnişinlərin onlayn bilet alışı prosesi də daha intuitiv qurulub, filtrasiya və seçim imkanları genişləndirilib:

– Sərnişinlər qiymətə, uçuş müddətinə və saatlara görə daha çevik seçim edə bilirlər. Məsələn, bilet qiymətinin 24 və ya 72 saat müddətinə sabitlənməsi xidməti planlaşdırma mərhələsində əlavə rahatlıq yaradır.

Bəzən müştərilərimiz bileti almaq üçün daha çox düşünməli olurlar, lakin eyni zamanda yeri itirmək və qiymətin dəyişməsini istəmirlər, belə hallarda bu əlavə xidmət üzərindən biletlərini rezerv edə və daha sonra “Rezervasiyanın idarə olunması” bölməsinə daxil olaraq ala bilirlər. Bundan əlavə, ödəniş mərhələsində “Apple Pay” və “Google Pay” inteqrasiyası həyata keçirilib. Hazırda mobil tətbiq üzərindən edilən ödənişlərin 20 faizdən çoxu bu rəqəmsal pulqabılar vasitəsilə icra olunur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri