Icma.az
close
up
RU
AZAL karbon emissiyalarının azaldılmasını müzakirə edib

AZAL karbon emissiyalarının azaldılmasını müzakirə edib

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev “CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb. 

Bu barədə Tribunainfo.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi tərəfdaşlar tərəfindən bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Samir Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin “CarbonClick” ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.

Deyv Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq və iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.

Qeyd edək ki, oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.

AZAL və “CarbonClick”in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri