Icma.az
close
up
RU
AZAL nə qədər xərcləyir, nə qədər qazanır?

AZAL nə qədər xərcləyir, nə qədər qazanır?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL – “Azərbaycan Hava Yolları” QSC, 2025-ci ilin ilk aylarında həm mənfəəti, həm də maliyyə çevikliyini qorumağı bacarıb. Lakin bu müsbət göstəricilərə baxmayaraq, qurumun maliyyə hesabatları və şəffaflıq standartları ilə bağlı bəzi suallar açıq qalır.

Dövlətin azalan dəstəyi

AzPost bildirir ki, rəsmi məlumatlara əsasən, 2022-ci ildə AZAL-a 108,8 milyon manat, 2021-ci ildə isə 98,9 milyon manat dövlət subsidiyası ayrılıb. Lakin 2025-ci ilin birinci rübündə bu məbləğ kəskin şəkildə azalıb – cəmi 21,24 milyon manat, yəni əvvəlki illə müqayisədə təxminən 80 faiz azalma baş verib. Dövlət dotasiyalarındakı bu azalma ilk baxışdan AZAL-ın daha az asılılıqla fəaliyyət göstərdiyini göstərsə də, bu dəyişikliklərin struktur səbəbləri ictimaiyyətə izah olunmayıb.

Mənfəət artır, amma xərclər də sürətlə böyüyür

2025-ci ilin birinci rübündə AZAL-ın xalis mənfəəti 117,7 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir. Əməliyyat gəlirləri 1 milyard 473 milyon manat, xərcləri isə 1 milyard 177 milyon manat təşkil edib.

Bununla belə, xərclər də nəzərəçarpacaq dərəcədə artıb. Əməliyyat xərcləri ötən ilə nisbətən 13,1 faiz artaraq, maliyyə xərcləri isə 57,6 faiz yüksələrək 161 milyon manata çatıb. Üstəlik, şirkət 11,2 milyon manat valyuta itkisi ilə də üzləşib.

Bu göstəricilər şirkətin genişlənən fəaliyyəti ilə bağlı olsa da, maliyyə sabitliyinə təsir edə biləcək xərclərin artım tempi narahatlıq doğurur.

Yeni təyyarələr – sərmayə, yoxsa yük?

AZAL təyyarə parkını yeniləmək üçün A320neo və Boeing 787 kimi müasir təyyarələrin alınmasına davam edir. Bu addımlar uzunmüddətli baxışla sərnişin keyfiyyətini və ekoloji effektivliyi artırmağa yönəlsə də, bu təyyarələrin alınma və istismar xərcləri ictimaiyyətə təqdim olunmur. Əldə olan rəsmi hesabatlara əsasən, AZAL-ın ümumi aktivləri 2,64 milyard manat səviyyəsinə çatıb.

Lakin belə iri investisiya layihələrinin iqtisadi səmərəliliyi və gəlirlilik analizi barədə ictimai məlumat azlığı şəffaflıq prinsipinə ziddir.

İctimai vəsait hara və necə yönəldilir?

Hər il milyonlarla dövlət vəsaiti ayrılan bir qurumun maliyyə hesabatlarının tam və açıq şəkildə təqdim olunmaması tənqid doğurur. AZAL rəsmi olaraq yalnız 2023-cü ilə qədərki audit olunmuş hesabatları təqdim edib, cari ilin hesabatları isə ancaq parçalayıcı şəkildə mediaya ötürülür.

Bundan əlavə, bəzi şikayətlərə görə, AZAL-ın uçuş xidməti, yük siyasəti və təhlükəsizlik tədbirləri ilə bağlı sərnişin məmnuniyyəti tam təmin olunmur. Sosial şəbəkələrdə və beynəlxalq forumlarda bununla bağlı tənqidi fikirlər yer alır.

Ekspertlər hesab edir ki, dövlət subsidiyaları ilə maliyyələşən hər bir qurum şəffaflıq öhdəliyi daşımalıdır. Həmçinin AZAL ictimai vəsaitin hansı istiqamətlərə xərcləndiyini, hansı nəticələr doğurduğunu aydın izah etməlidir. O da bildirirlir ki, təyyarə parkının genişlənməsi və xərclərin artımı ilə bağlı iqtisadi əsaslandırma və nəticə qiymətləndirmələri paylaşılmalıdır. Eyni zamanda əldə edilən mənfəətin hansı məqsədlərlə istifadə olunacağı barədə də ictimaiyyət məlumatlandırılmalıdır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri