Icma.az
close
up
RU
AZAL nə qədər xərcləyir, nə qədər qazanır? Milyonlarla dövlət vəsaiti alan şirkətin qapalı hesabatı

AZAL nə qədər xərcləyir, nə qədər qazanır? Milyonlarla dövlət vəsaiti alan şirkətin qapalı hesabatı

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL – “Azərbaycan Hava Yolları” QSC, 2025-ci ilin ilk aylarında həm mənfəəti, həm də maliyyə çevikliyini qorumağı bacarıb. Lakin bu müsbət göstəricilərə baxmayaraq, qurumun maliyyə hesabatları və şəffaflıq standartları ilə bağlı bəzi suallar açıq qalır.

Dövlətin azalan dəstəyi

AzPost bildirir ki, rəsmi məlumatlara əsasən, 2022-ci ildə AZAL-a 108,8 milyon manat, 2021-ci ildə isə 98,9 milyon manat dövlət subsidiyası ayrılıb. Lakin 2025-ci ilin birinci rübündə bu məbləğ kəskin şəkildə azalıb – cəmi 21,24 milyon manat, yəni əvvəlki illə müqayisədə təxminən 80 faiz azalma baş verib. Dövlət dotasiyalarındakı bu azalma ilk baxışdan AZAL-ın daha az asılılıqla fəaliyyət göstərdiyini göstərsə də, bu dəyişikliklərin struktur səbəbləri ictimaiyyətə izah olunmayıb.

Mənfəət artır, amma xərclər də sürətlə böyüyür

2025-ci ilin birinci rübündə AZAL-ın xalis mənfəəti 117,7 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir. Əməliyyat gəlirləri 1 milyard 473 milyon manat, xərcləri isə 1 milyard 177 milyon manat təşkil edib.

Bununla belə, xərclər də nəzərəçarpacaq dərəcədə artıb. Əməliyyat xərcləri ötən ilə nisbətən 13,1 faiz artaraq, maliyyə xərcləri isə 57,6 faiz yüksələrək 161 milyon manata çatıb. Üstəlik, şirkət 11,2 milyon manat valyuta itkisi ilə də üzləşib.

Bu göstəricilər şirkətin genişlənən fəaliyyəti ilə bağlı olsa da, maliyyə sabitliyinə təsir edə biləcək xərclərin artım tempi narahatlıq doğurur.

Yeni təyyarələr – sərmayə, yoxsa yük?

AZAL təyyarə parkını yeniləmək üçün A320neo və Boeing 787 kimi müasir təyyarələrin alınmasına davam edir. Bu addımlar uzunmüddətli baxışla sərnişin keyfiyyətini və ekoloji effektivliyi artırmağa yönəlsə də, bu təyyarələrin alınma və istismar xərcləri ictimaiyyətə təqdim olunmur. Əldə olan rəsmi hesabatlara əsasən, AZAL-ın ümumi aktivləri 2,64 milyard manat səviyyəsinə çatıb.

Lakin belə iri investisiya layihələrinin iqtisadi səmərəliliyi və gəlirlilik analizi barədə ictimai məlumat azlığı şəffaflıq prinsipinə ziddir.

İctimai vəsait hara və necə yönəldilir?

Hər il milyonlarla dövlət vəsaiti ayrılan bir qurumun maliyyə hesabatlarının tam və açıq şəkildə təqdim olunmaması tənqid doğurur. AZAL rəsmi olaraq yalnız 2023-cü ilə qədərki audit olunmuş hesabatları təqdim edib, cari ilin hesabatları isə ancaq parçalayıcı şəkildə mediaya ötürülür.

Bundan əlavə, bəzi şikayətlərə görə, AZAL-ın uçuş xidməti, yük siyasəti və təhlükəsizlik tədbirləri ilə bağlı sərnişin məmnuniyyəti tam təmin olunmur. Sosial şəbəkələrdə və beynəlxalq forumlarda bununla bağlı tənqidi fikirlər yer alır.

Ekspertlər hesab edir ki, dövlət subsidiyaları ilə maliyyələşən hər bir qurum şəffaflıq öhdəliyi daşımalıdır. Həmçinin AZAL ictimai vəsaitin hansı istiqamətlərə xərcləndiyini, hansı nəticələr doğurduğunu aydın izah etməlidir. O da bildirirlir ki, təyyarə parkının genişlənməsi və xərclərin artımı ilə bağlı iqtisadi əsaslandırma və nəticə qiymətləndirmələri paylaşılmalıdır. Eyni zamanda əldə edilən mənfəətin hansı məqsədlərlə istifadə olunacağı barədə də ictimaiyyət məlumatlandırılmalıdır/azpost.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri