Icma.az
close
up
RU
AZAL təyyarəsinin vurulması: Mərmi, yaxud raket qəlpəsi? EKSPERT RƏYİ KONKRET

AZAL təyyarəsinin vurulması: Mərmi, yaxud raket qəlpəsi? EKSPERT RƏYİ KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Biz ancaq AZAL-ın qəzaya uğramış təyyarəsinin video və fotolarını görmüşük, buna görə də hava gəmisinin korpusunda tam dəqiq olaraq güllənin, mərminin, yaxud raket qəlpəsinin izi olmasını demək çətindir”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a “Ground Technical Support” (GTS) şirkəti direktorunun birinci müavini, ehtiyatda olan polkovnik Əhəd Əzizov bildirib.

Xatırladaq ki, bu həftə Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”sunun stenoqramı açıqlanmalıdır. Bundan əvvəl Rusiyanın “Baza” teleqram kanalı “sızmış məlumatlar” əsasında stenoqramı dərc edib. Lakin Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev yanvarın 24-də keçirdiyi mətbuat konfransında internetdə yayılan məlumatların həqiqiliyinə şübhə ilə yanaşıb: “Qara qutu” kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqları ehtiva edir, buna əsaslanaraq anladım ki, bu, bizim istintaq qrupundan bir sızma deyil… Təyyarənin qalıqları Aktaudakı anqardadır, o, müvafiq beynəlxalq ekspertlər tərəfindən də araşdırılıb, nəticəni onlar verəcəklər. Səsyazısı materialları aviasiya qəzasını araşdıran başqa qrupdadır: nə baş verib, nə vaxt olub, ekipaj necə davrandı, peşəkarcasına, qeyri-peşəkarcasına, yerdən verilən əmrlər… məncə, bu materialların açılması bir çox eyhamları aradan qaldıracaq”.

Əhəd Əzizov da Rusiya mediasında dərc olunan stenoqrama şübhə ilə yanaşır:

“Bu barədə tam dəqiq nəsə demək çox çətin məsələdir. Amma Rusiya tərəfi də etiraf edir ki, onlar “Pantsir S-1” sistemlərini Suriyadan çıxarıb Şimali Qafqaza gətiriblər. Bu, ehtimalı bir az da konkretləşdirir.

“Pantsir S-1”in üzərində olan 30 millimetrlik kalibrli avtomatik top var. Xəsarət topdan atılan mərmilərinin təyyarəyə dəyməsi nəticəsində baş verə bilər. Biz ancaq AZAL-ın qəzaya uğramış təyyarəsinin video və fotolarını görmüşük, buna görə də hava gəmisinin korpusunda tam dəqiq olaraq güllənin, mərminin, yaxud raket qəlpəsinin izi olmasını demək çətindir. Amma dəliklərin ölçülərinə nəzər saldıqda, bir çoxunun raket qəlpəsindən baş verdiyi aydın görünür. Lakin müəyyən bir hissə 30 millimetrlik mərminin izlərinə bənzəyir”.

AZAL təyyarəsinin Qroznıya yaxınlaşması ilə dron hücumunun eyni zaman kəsiyində baş verməsi, vurulan PUA-nın mülki təyyarənin yaxınlığından uçması ehtimalına ekspert belə münasibət bildirib:

“Mən dron məsələsi ilə bağlı iddiaya inanmıram və inanmaq da istəmirəm. Birincisi, hava məkanı tam bağlanmalı idi. Əgər hava hücumundan müdafiə qüvvələri artıq hazırlıq göstərişi alıb hansısa hava hədəfini izləməyə başlayıbsa, artıq həmin məkan qapalı olmalı idi. Təkcə AZAL təyyarəsi deyil, həmin istiqamətdə uçan bütün mülki təyyarələrə komanda verilməli idi ki, o istiqamətdə uçmasın və marşrutu hansısa bir aeroport istiqamətində dəyişsinlər. Bu baxımdan, hər hansı dronun bizim təyyarənin yanında uçması və həmin dron vurulan zaman AZAL təyyarəsinin də zədələnməsi iddiası inandırıcı deyil. Bu sadəcə olaraq yerdə olan “Pantsir S-1” heyətinin tapşırıqları qeyri-düzgün icra etməsindən irəli gələn faktordur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri