AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək.
Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:AZAL TelƏvivə uçuşları bərpa edir
29 Noyabr 2024 16:38
AZAL TəlƏvivə uçuşları bərpa edir
29 Noyabr 2024 16:06
Baxış sayı:77
Bu xəbər 23 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















