Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Azalan kərə yağı qiymət artımının ağı...

Azalan kərə yağı qiymət artımının ağı...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstehsal 10,4, idxal 12,5 faiz azalsa da, qiymətlər 2,5 dəfə artıb

İqtisadiyyatın ən sadə və klassik qanunlarından biri tələb və qiymət arasındakı əks mütənasiblikdir. Yəni qiymət artdıqca, tələbin azalması qaçılmazdır. Lakin Azərbaycanda kərə yağı bazarında müşahidə edilən son proseslər bu klassik düsturun daha mürəkkəb və çoxşaxəli amillərlə pozulduğunu göstərir. Süni qiymət artımları, idxal və daxili istehsalda azalma, eyni zamanda, pərakəndə satış qiymətləri ilə idxal qiymətləri arasındakı kəskin fərq ciddi suallar doğurur.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hazırda ötən ilin müvafiq dövrü ilə müqayisədə kərə yağının idxalı 12,5 faiz azalıb. Bu azalma bir çoxu üçün ölkədə daxili istehsalın artımı ilə kompensasiya olunması anlamına gəlib. Əslində isə reallıq tam fərqlidir. Çünki bu dövrdə daxili istehsalda da 10,4 faiz azalma qeydə alınıb. Beləliklə, bazarda həm idxal, həm də yerli istehsal üzrə təkliflər belə demək olar ki, daralıb. Bununla da bazarda yaranan qıtlıq təhlükəsi nəticəsində qiymətlərin artması reallaşıb.

Xatırladaq ki, cari ilin 11 ayının nəticələrinə görə, Azərbaycana idxal edilən kərə yağının 1 kiloqram üzrə orta idxal qiyməti 11,76 manata yüksəlib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 9,78 manat olub. Deməli, idxal qiyməti bir il ərzində 1,98 manat və ya 20,3 faiz çoxalıb. Ekspertlər tərəfindən isə belə bir şərait normal bazar şərtlərinə uyğunsuzluq kimi dəyərləndirilib, eyni zamanda, 20 faizlik maya dəyərinin pərakəndə satış qiymətlərində oxşar dinamika ilə əks olunduğu bildirilib.

Hazırda ticarət müəssisələrində kərə yağının kiloqramı 27-30 manat arasında dəyişir. Bu isə idxal qiyməti ilə satış qiyməti arasında, təxminən, 2,5 dəfəyə yaxın fərq deməkdir. Burada belə bir sual yaranır: 11,76 manata idxal edilən məhsul hansı iqtisadi əsaslarla 30 manata qədər bahalaşır?

İqtisadçı-ekspert Qasım Aslanovun fikrincə, kərə yağı bazarında formalaşan qiymət fərqi bir neçə əsas amillə izah olunur. Bu, ilk növbədə, aralıq vasitəçilərin çoxluğu ilə bağlıdır. Başqa sözlə, idxalçıdan istehlakçıya qədər uzanan zəncirdə topdansatışçılar, distribütorlar və pərakəndə şəbəkələr tərəfindən qiymətə ardıcıl əlavələr edilir. Rəqabət mühitinin zəifliyi də prosesə mənfi təsir göstərir. Belə ki, bazarda bir neçə iri idxalçı və şəbəkənin üstün mövqeyi qiymətlərin razılaşdırılmış şəkildə formalaşmasına şərait yaradır.

Burada nəzarət mexanizmlərinin yetərsizliyi də diqqət çəkir. Yəni qiymət formalaşmasının şəffaf olmaması və real maya dəyərinin ictimaiyyətə açıqlanmaması süni bahalaşmanı stimullaşdırır. Nəhayət, süni bahalaşmanı şərtləndirən məsələlərdən biri də psixoloji amildir. Belə ki, ərzaq məhsulları, xüsusən də kərə yağı kimi gündəlik istehlak mallarında qiymət artımı bəzi hallarda fürsətçiliyə yol açır.

Qiymət artımına gətirib çıxaran səbəblərdən biri də istehsalın azalmasıdır. İlk baxışda adi, qaydalara uyğun görünən yüksək qiymət istehsalçılar üçün stimullaşdırıcı rol oynamalıdır. Lakin kərə yağı sektorunda əks proses baş verir. Tələbin azalması ilə satış həcmləri aşağı düşür, bu isə istehsalçıların gəlirlərini azaldır. Nəticədə bəzi istehsalçılar tərəfindən istehsal məhdudlaşdırılır və ya bazardan çəkilmə başlanır. Beləliklə, bahalaşma istehlakçı ilə yanaşı, istehsalçıya da real fayda gətirmir. Ən böyük qazancı isə aralıq mərhələdə süni qiymət fərqləri hesabına formalaşan subyektlər əldə edir.

Kərə yağı əhalinin gündəlik istehlak səbətində mühüm yer tutan məhsullardan biridir. Onun qiymətinin kəskin artması aşağı və orta gəlirli ailələrin büdcəsinə mənfi təsir göstərir. Bu isə ümumi inflyasiya gözləntilərini artırır, ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları dərinləşdirir və müəyyən sosial narazılığa gətirib çıxarır.

Mövcud vəziyyət göstərir ki, kərə yağı bazarında qiymət formalaşması mexanizmləri yenidən nəzərdən keçirilməlidir. Şəffaflıq artırılmalı, rəqabət mühiti gücləndirilməli, əsas ərzaq məhsulları üzrə kredit fərqlərinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Əks halda, idxal və satış qiymətləri arasındakı uçurum daha da dərinləşə, eləcə də bazarda sağlam iqtisadi münasibətlərin bərpası çətinləşə bilər.

Beləliklə, sadə iqtisadi düstur dəyişmir, başqa sözlə, süni bahalaşma uzunmüddətli perspektivdə nə bazara, nə istehsalçıya, nə də istehlakçıya fayda gətirir. Bu reallığı vaxtında qəbul etmək və uyğun addımlar atmaq isə həm iqtisadi, həm də sosial baxımdan həyati əhəmiyyət daşıyır.

İqtisadçı-ekspert Arif İmranovun fikrincə, ticarət müəssisələrində kərə yağının sürətlə bahalaşması prosesini daha obyektiv qiymətləndirmək üçün Azərbaycanı region ölkələri ilə müqayisə etmək zəruridir. Çünki həm xammal bazası, həm istehlak vərdişləri, həm də idxaldan asılılıq baxımından oxşar xüsusiyyətlər mövcuddur. Məsələn, Türkiyədə daxili istehsalın qorunması və qiymət sabitliyi daim diqqətdə saxlanılır. Qardaş ölkədə kərə yağı istehsalı əsasən daxili südçülük sektoruna əsaslanır. Türkiyədə də yem xərclərinin artması fonunda kərə yağının maya dəyəri getdikcə yüksəlir. Lakin burada əsas fərq ondan ibarətdir ki, dövlət süd istehsalçılarını subsidiya və alış zəmanətləri ilə qoruyur, iri pərakəndə şəbəkələrdə ən yüksək həddə ticarət kredit forması tətbiq olunur. Bütün bunlarla bərabər, kənd təsərrüfatı kooperativləri vasitəsilə istehsalçı – istehlakçı zənciri qısaldılır. Nəticədə idxal və pərakəndə satış qiymətləri arasındakı fərq, adətən, 40–60 faizdən artıq olmur.

Gürcüstan da kərə yağı istehsalında idxaldan ciddi asılıdır. Lakin burada bazar daha açıq və rəqabətlidir. Kiçik və orta idxalçıların bazara rahat çıxışı qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Statistik müşahidələr göstərir ki, qonşu ölkədə idxal və satış qiymətləri arasındakı fərq əsasən logistika, eləcə də vergi xərcləri ilə izah olunur. Digər tərəfdən, iri marketlərdə inhisarçılığa qarşı ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu səbəbdən idxal qiymətlərində artım olsa belə, bu çoxalma istehlakçıya mərhələli və nisbətən yumşaq şəkildə ötürülür. Qazaxıstanda isə bu sahədə strateji ərzaq yanaşmasına üstünlük verilir. Belə ki, kərə yağı strateji ərzaq məhsulları siyahısına daxildir. Dövlət bu məhsul üzrə qiymətlərin süni şişirdilməsi halında cərimə mexanizmləri tətbiq edir, idxal və daxili istehsal balansını qorumaq üçün mövsümi rüsum siyasəti diqqətdə saxlanılır. Beləliklə, Qazaxıstanda belə bir yanaşma qiymət dalğalanmalarını müəyyən qədər yumşaldır və istehlakçı gözləntilərini sabitləşdirir.

Region ölkələri ilə müqayisə göstərir ki, respublikamızda problemin kökü təkcə idxal qiymətlərinin artımında deyil. Kərə yağı bazarında qiymət fərqinin bu qədər dərinləşməsinin əsas səbəbləri istehsal zəncirinin qırılması, yəni südçülükdən hazır məhsula qədər vahid strategiyanın olmaması, kooperativ modelinin zəif inkişafı – kiçik istehsalçıların bazara birbaşa çıxa bilməməsi, şəffaf olmayan kredit siyasəti ilə bağlıdır. Bütün bunlarla yanaşı, psixoloji qiymət formalaşması – “bahalaşma dalğası”ndan istifadə edən fürsətçi yanaşmalar da mövcud vəziyyəti getdikcə ağırlaşdırır. Nəticədə qiymət artımı real iqtisadi səbəbləri üstələyir və süni xarakter alır.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Kərə yağı kimi məhsullar rəsmi istehlak səbətində əsas paya malikdir. Bu məhsul üzrə kəskin bahalaşma ümumi ərzaq inflyasiyasını sürətləndirir, əhalinin real gəlirlərini azaldır, sosial bərabərsizliyi dərinləşdirir. Xüsusilə regionlarda yaşayan ailələr üçün kərə yağı alternativsiz məhsuldur və bu, qiymət artımının sosial təsirini daha da gücləndirir. Mövcud vəziyyətdən çıxış üçün bir neçə istiqamətdə paralel addımlar zəruridir. Bunun üçün, ilk növbədə, idxal – pərakəndə kredit monitorinqi keçirilməli, əsas ərzaq məhsulları üzrə qiymət zənciri mərhələli şəkildə izlənilməli, kooperativlərin stimullaşdırılması diqqətdə saxlanılmalıdır.

Yuxarıda sadalananlarla bərabər, süd istehsalçıları üçün birgə emal və satış imkanları yaradılmalı, rəqabət mühiti gücləndirilməli, yeni idxalçıların bazara çıxışı asanlaşdırılmalı, üstün mövqelər məhdudlaşdırılmalıdır. Qiymətlərin real maya strukturu barədə ictimaiyyətə açıq məlumatlar da təqdim olunmalıdır.

Beləliklə, region ölkələrinin təcrübəsi göstərir ki, kərə yağı bazarında qiymət sabitliyi mümkündür. Bunun üçün əsas şərt süni bahalaşmaya yol verməyən institusional mexanizmlərin qurulmasıdır. Azərbaycanda isə hazırkı vəziyyət sadə iqtisadi düsturun pozulduğunu göstərir: qiymət artır, tələb azalır, istehsal geriləyir, nəticədə bazar özü-özünü zəiflədir. Əgər bu tendensiya vaxtında, necə deyərlər, korrektə olunmasa, kərə yağı bazarında bugünkü problem sabah daha geniş ərzaq seqmentlərinə də sirayət edə bilər. Bu isə artıq təkcə iqtisadi deyil, sosial məsələdir.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri