Icma.az
close
up
RU
Azərbaycana kərə yağı idxalı 78,4 faiz artıb İdxalı artan və azalan məhsullar

Azərbaycana kərə yağı idxalı 78,4 faiz artıb İdxalı artan və azalan məhsullar

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 26 milyard 338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21 milyard 58 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.

2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3 faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 41,0 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,4 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,3 faizini Xorvatiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Hindistan və İsrailə, 2,6 faizini Bolqarıstana, 2,5 faizini Gürcüstana, hər biri 2,4 faiz olmaqla Portuqaliya və Yunanıstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 0,9 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla Serbiya, İndoneziya və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya və Niderlanda, 5,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,2 faiz), Gürcüstana (8,1 faiz), İsveçrəyə (6,6 faiz), ABŞ-a (4,0 faiz), Qazaxıstana (3,9 faiz), Ukraynaya (3,5 faiz), Türkmənistana (2,3 faiz), Omana (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin, 17,2 faizi Rusiya, 11,0 faizi Türkiyə, 7,7 faizi ABŞ, 6,9 faizi Avstraliya, 3,9 faizi Almaniya, 3,0 faizi İran, 2,4 faizi İtaliya, 2,2 faizi Belarus, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,4 faizi Türkmənistan, hər biri 1,3 faiz olmaqla Ukrayna və Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Meksika, Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya və Kanada, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2024-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,7 faiz, şəkər – 59,9 faiz, tütün – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 16,1 faiz, bitki yağları – 81,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 60,3 faiz, çay – 2,1 faiz, pambıq lifi – 71,3 faiz, mineral gübrələr – 56,0 faiz, pambıq ipliyi – 3,2 faiz, bentonit gili    – 27,6 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 12,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,6 faiz, polipropilen – 27,5 faiz, polietilen – 23,1 faiz, elektrik enerjisi – 59,4 faiz, emal olunmamış alüminium – 17,4 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 2,6 faiz, qara metallardan borular – 1,5 faiz azalmışdır.

2023-cü illə müqayisədə 2024-cü ildə buğda idxalı 9,9 faiz, bitki yağları – 29,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 78,4 faiz, təzə meyvə – 20,6 faiz, xam şəkər      – 5,9 faiz, unlu qənnadı məmulatları – 11,5 faiz, şokolad və şokolad məhsulları – 11,7 faiz, çay – 5,2 faiz, quş əti və onun əlavə məhsulları – 43,2 faiz, mal əti – 46,4 faiz, təzə tərəvəz – 53,3 faiz, hesablama maşınları, blok və qurğuları – 21,6 faiz, yük avtomobilləri – 15,7 faiz, mebellər – 36,6 faiz, sintetik yuyucu vasitələr – 7,8 faiz, qara metallardan çubuqlar    – 65,1 faiz, məişət kondisionerləri – 45,0 faiz, mineral gübrələr – 17,4 faiz, avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 6,2 faiz, polipropilen – 19,9 faiz, məişət soyuducuları – 1,6 faiz, sement – 1,7 faiz artmış, kartof idxalı isə 13,6 faiz, siqaretlər – 79,4 faiz, minik avtomobilləri – 6,5 faiz, dərman vasitələri – 24,9 faiz, polad prokatı – 5,2 faiz, qara metallardan borular – 10,8 faiz, rezin şinlər – 1,7 faiz, polietilen – 9,5 faiz, qara metallardan künclüklər – 11,2 faiz azalmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see344

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see183

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see166

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see135

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri