Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

AZALın təyyarəsinin vurulması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet

AZALın təyyarəsinin vurulması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiya ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması və bunun nəticəsində Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:

"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.

Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.

Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib”.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Rusiya ərazisində Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təyyarənin Rusiya hava limanlarına enişinə icazə verilməyib. Təyyarəyə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb. Bundan sonra təyyarə Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və baş verənlərə görə üzr istəyib. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri