Icma.az
close
up
RU
Azalma vaxtı artım: İqtisadiyyatımızın nəbzi nədən xəbər verir? TƏHLİL

Azalma vaxtı artım: İqtisadiyyatımızın nəbzi nədən xəbər verir? TƏHLİL

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Odur ki, ÜDM istehsalında azalma müvəqqətidir. İlin birinci rübü ərzində vəziyyət çox güman ki, dəyişəcək. Yəni ÜDM-də artım qeydə alınacaq. Ümumiyyətlə, birdəfəlik qəbul etmək lazımdır ki, ölkədə neft hasilatında enmə var və neftin qiyməti əvvəlki səviyyədə deyil, olmayacaq da. Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır. Azərbaycanda ÜDM-in həcmi isə bu sahəyə bağlıdır.
Əsas məsələ xarici ticarət dövriyyəsidir. Başqa sözlə desəm, ölkənin nə qədər alıb, nə qədər satması. Bu ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 5 milyard 90 milyon 838 min ABŞ dolları təşkil edib. Bunun 3 milyard 38 milyon 454 min dolları ixracın, 2 milyard 52 milyon 384 min dollar idxalın payına düşüb. Beləcə, 986 milyon 70 min manat müsbət saldo əldə edilib.
Müqayisə üçün qeyd edim ki, 2024-cü ilin yanvarında ölkəmizin xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 986 milyon 92 min ABŞ dolları təşkil etməklə, ixrac 1 milyard 142 milyon 116 min dollar, idxal 1 milyard 843 milyon 977 min dollar, müsbət saldo 701 milyon 861 min dollar olub.
Göründüyü kimi, yanvarda xarici ticarət yaxşı vəziyyətdə olub. Halbuki, bu sahədə göstəricimiz 2023-cü ildən azalmağa başlayıb. Şərhlərimdə bunun səbəbini göstərərək yazırdım ki, problem təkcə neft-qaz sektorunda deyil; qeyri-neft-qaz məhsulları ixracı da azalır. Ölkə iqtisadiyyatı isə statistikaya görə durmadan artır və bu, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir. Odur ki, xarici ticarət dövriyyəsində dönüşü qoruyub saxlamaq tələb olunur. Bu, yeganə çıxış yoludur. Yaxın gələcəkdə ümumi iqtisadi artımda əsas göstərici rolunda onsuz da qeyri-neft-qaz ixracı çıxış etməlidir və edəcək də...
Əslində ÜDM istehsalının həcminin enməsi fonunda xarici ticarət dövriyyəsinin artması paradoksal haldır. Keçən il xarici ticarətimiz bir il əvvəlki, yəni 2023-cü illə müqayisədə faktiki qiymətlərlə 1,3% artdığı halda, real ifadədə 3,5% azalmışdı. Bu zaman ixrac 7,4 % azalmış, idxal 3,1% qalxmışdı. 2024-cü ildə qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil etməklə 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3% artmış, real ifadədə isə 13,0% azalmışdı.
Qeyd olunan ildə əvvəlki illə müqayisədə məsələn, təzə tərəvəz ixracı 0,7%, şəkər 59,9%, tütün 2,5 dəfə, meyvə və tərəvəz konservləri 16,1%, bitki yağları 81,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar 60,3%, çay 2,1%, pambıq lifi 71,3%, mineral gübrələr 56%, pambıq ipliyi 3,2%, bentonit gili 27,6% artdığı halda, təzə meyvə ixracı 2,2%, kartof 32,1%, meyvə və tərəvəz şirələri 12,5%, təbii üzüm şərabları və üzüm suslosu 42,6%, polipropilen 27,5%, polietilen 23,1%, elektrik enerjisi 59,4%, emal olunmamış alüminium 17,4%, sement klinkerləri 1,2%, qara metallardan çubuqlar 2,6%, qara metallardan borular 1,5% azalıb.
Cari ildə bütün bu göstəricilər daha dolğun şəkildə müsbətə doğru dəyişməlidir. Ən azı o səbəbdən ki, ölkədə istehsal olunan qeyri-neft-qaz sektoru məhsullarının ümumi ixracda payı onsuz da cüzidir. Hələ ki, heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik (yaxud, edə bilmirik). Əsas kənd təsərrüfatı məhsullarıdır, meyvə-tərəvəzdir və sair. Bunların da ixracı azalıb və azalmaqda da davam edir. Niyə? Hər dəfə qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsinə görə. Ölkəmizdən qeyri-neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan 2022-ci ildən bəri məhz bu faktordur. Eyni bazardan asılı olmağımız 2023-cü ildən etibarən xarici ticarətimizdə iqtisadiyyatın hər iki sektoru üzrə ixracı boğur və bu, sanki, dayanıqlı xarakter almaq istəyir.
Ölkə iqtisadiyyatının inkişafında Rusiya bazarının böyük önəmi var və bu, ənənəvi xarakter daşıyır. Lakin, qeyri-neft-qaz sektoru, xüsusən də kənd təsərrüfatı məhsulları ixracı, meyvə-tərəvəz üzrə şaxələnmiş bazar şəraiti imkanlarına sahib olmamağımız ciddi mənfi xarakter daşıyır. Halbuki, sözügedən sektor bir nömrəli inkişaf prioriteti daşıyan ölkədə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik nail olunması ən vacib məsələlərdən sayılır.
Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə xırda istehsalçılar, fərdi təsərrüfatlar hesab olunurlar. Bizdə isə bu kontingent Rusiyaya alternativ heç bir bazar tanımır. Neçə illərdir qeyri neft-qaz sektorunun inkişafını prioritet seçilsə də, vəziyyət eyni olaraq qalır.
Sözün qısası, neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracı artmalıdır. Hərçənd, bu məhsulların ixracı dinamik şəkildə artsa da belə, neftdən və qazdan əldə etdiklərimizi əvəzləyən deyil.
Buna rəğmən, xarici ticarətimizi durmadan artırmağa çalışmalıyıq ki, ÜDM istehsalı həcminin drayveri rolunda məhz bu amil çıxış etsin. İxrac artmasa, istehsalı genişləndirmək əsla mümkün deyil. Təkrar edirəm, yanvarda iqtisadi artım azalıb, xarici ticarət isə artıb. Məhz sonuncunun üzərində köklənməliyik ki, birinci istiqamətdə qarşıya qoyulan vəzifə və öhdəliklər də həllini tapa bilsin.

Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see364

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see281

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see186

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see141

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see140

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see139

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see139

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see131

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see130

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see129

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see128

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see127

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see124

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see123

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see121

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri