Icma.az
close
up
RU
Santuş: “Azarkeşlərin dəstəyinə güvənirik”

Santuş: “Azarkeşlərin dəstəyinə güvənirik”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə səfərdə, Ukrayna ilə isə Bakıda qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, bu gün sözügedən oyunlaröncəsi yığmanın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb:

– Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiz. İndi peşman deyilsiz ki?
– “Qarabağ”ı təbrik etmək istəyirəm. Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, onlar üçün vacib məsələdir. Başda Qurban Qurbanov olmaqla, komandanın bütün üzvlərini təbrik edirəm. Bu uğur Azərbaycan futbolu üçün də önəmlidir. Bir müddət Avropada “Qarabağ”dan danışacaqlar.
Suala gəlincə, bu məsələnin mənə aidiyyatı yoxdur. Baş məşqçiyəm və işimi görürəm.

– Bədavi Hüseynov nə üçün yoxdur?
– Oynamadığı üçün dəvət almayıb. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik

– Qapıçı Rza Cəfərov və Aydın Bayramov bu mövsüm oyuna çıxmayıb. Başqa seçim olmadığı üçün onları dəvət etmisiz?
– Rəqabətdə uduzan futbolçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, oyunçuların davamlı praktikası olsun. Əlimizdə olan heyətlə çalışacağıq ki, yaxşı nəticələr əldə edək. İstərdim ki, dəvət alan bütün oyunçular komandalarında oynasınlar.

– Qarşıdakı iki oyunda yaxşı nəticə istədiyinizi dediniz. Yaxşı nəticə nədir?
– Futbolda hər nəticə gözlənilə bilər. Oyunçular çox istəklidirlər. Hamı qələbə gözləyir.

– Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?
– Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

– Legioner limitinin ləğvi haqda fikirləriniz nədir?
– Bu suala cavab verdim. Mənə aid məsələ deyil.

– İlk mətbuat konfansınızda demişdiz ki, Yunanıstan futbolunda etdiklərimizi burada etmək istəyirik. Amma indi deyirsiz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir…
– Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda oyunçular var ki, xaricdə oynayırlar. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futbola kömək ola bilər.

– “Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsi haqda fikriniz necədir?
– Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. “Qarabağ” layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm.

– İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?
– Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər, çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. İslanidya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə bir dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu ilə çıxış edirlər. Bizim üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

– Milli komandanın uğursuzluqlarına görə sərt tənqidlər var. Bunu necə qarşılayırsız?
– 40 ildir baş məşqçi kimi çalışıram (gülür).

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri