Icma.az
close
up
RU
Azay Quliyev: “Bəziləri Ramiz Mehdiyev haqda danışmaqdan çəkinir…”

Azay Quliyev: “Bəziləri Ramiz Mehdiyev haqda danışmaqdan çəkinir…”

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azay Quliyev
Milli Məclisin deputatı

Məlum olduğu kimi, üç gün öncə Prezident Administrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və dövlət çevrilişinə cəhd maddələri ilə cinayət işi açılıb və məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı haqqında qərar verib.

Bu, təkcə hüquqi yox, həm də siyasi və mənəvi baxımdan münasibət bildirlməsi tələb olunan ciddi bir məsələdir. Çünki söhbət sıradan bir şəxsdən deyil, dövlətin ən yüksək idarəetmə pilləsində uzun illər mühüm vəzifələr daşımış bir şəxsdən gedir.

Bəzi adamlar bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinərək “istintaqın nəticələrini gözləmək lazımdır” kimi mövqelər irəli sürürlər. Əlbəttə, hüquqi proseslərə hörmətlə yanaşmaq vacibdir. Lakin eyni zamanda unutmaq olmaz ki, əgər, Dövlət Təhlükəsizliyi Xidməti bu qədər ağır maddələrlə cinayət işi açıbsa, bu, təsadüfi deyil. Bu, o deməkdir ki, ortada kifayət qədər ciddi faktlar, sübutlar və danılmaz dəlillər mövcuddur.

Əminəm ki, istintaq orqanları qısa müddət ərzində təhqiqatı tamamlayacaq, Ramiz Mehdiyevin və bu məkrli planda əli olan hər kəsin əməllərini ifşa edən sübutları məhkəməyə təqdim edəcək. Məhkəmə isə dövlətə xəyanət etmiş şəxslərə qanunların tələbinə uyğun olaraq ən sərt və ədalətli cəzanı verəcəkdir.

Bu cəza təkcə bir və bir qrup şəxsin məsuliyyətə cəlb olunması üçün deyil, cəmiyyətə açıq və qəti mesaj vermək üçün də vacibdir:

1. Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!

2. Heç kəs dövlətin sabitliyinə və təhlükəsizliyinə qarşı çıxmağı ağlından belə keçirməsin!

3. Dövlətə sədaqət və xəyanət arasında seçim edənlər üçün dövlətin mövqeyi birmənalı və dəyişməzdir!

Digər tərəfdən bu hadisə bir daha göstərir ki, xarici təhlükələrlə uğurla mübarizə aparan dövlətimiz və onun hüquq mühafizə orqanları daxili xəyənatkarların üzə çıxarılmasında da peşəkarlıq, vətənpərvərlik və dövlətə sədaqət nümayiş etdirirlər.

Azərbaycanda heç kim, heç bir qüvvə ictimai və siyasi sabitliyi poza, xalq-hakimiyyət birliyini zədələyə, dövlətin konstitusyon quruluşuna qarşı çıxa bilməz.

Bu cür ağılsız xəyallara düşənlər, xəyanətə yuvarlananlar, dövlətin daxilində gizlənərək öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutanlar bu gün olduğu kimi sabah da qanun qarşısında cavab verəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri