Icma.az
close
up
RU
Azay Quliyev: “Mehdiyev Kərimli tandenmi bağışlanmaz xəyanətdir!”

Azay Quliyev: “Mehdiyev Kərimli tandenmi bağışlanmaz xəyanətdir!”

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu sözləri millət vəkili Azay Quliyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu gün xalq həmin insanların nə qədər mənəviyyatsız, nə qədər riyakar, nə qədər nankor ola biləcəyini görür:
“Prezident Administrasiyasının rəhbəri kimi ölkənin ən yüksək postlarından birində oturub, az qala hər gün Azərbaycan Prezidentinin qarşısında müticəsinə dayanaraq ona sədaqət andı içib, eyni zamanda arxa otaqda dövlətə xəyənət planları hazırlayıb, Əli Kərimli ilə gizli işbirliyi quraraq onu təmsil olunduğu hakimiyyətin üstünə qışqırtmaq yalnız Ramiz Mehdiyev kimi təhlükəli və hiyləgər birisinin edə biləcəyi alçaqlıq və rəzillik ola bilərmiş.
Əli Kərimlinin yaratdığı Milli Şuranı və onların təşkil etdiyi mitinqləri maliyyələşdirmək, xarici dairələrin sifarişi ilə dövlətin sabitliyinə zərbə vurmaq və ölkədə xaos yaratmaq, Prezidentimizi milli hədəflərdən yayındırmağa və dövlətimizi xarici ölkələrin vassalına çevirməyə çalışmaq bu xalqa və millətə qarşı edilmiş ən bağışlanılmaz düşmənçilik və xəyanətdir. Görünür, Kremlin tərəfindən Ramiz Mehdiyev məhz bunun üçün yetişdirilibmiş, Əli Kərimli ilə birləşərək milli maraqlarımıza, dövlət müstəqliyyimizə və suverenliyimizə qarşı olmazın təxribatlarını törətmək tapşırığı da eyni mərkəzdən daxil olurmuş.
DTX-nın Əli Kərimlinin evində apardığı axtarış zamanı əldə etdiyi faktlar da məhz bu bir həqiqəti təsdiq edir. Artıq tam bəllidir ki, 2013-cü ildə Kremldə hazırlanan “milyarderlər ittifaqı” adlı xain planın içində Ramiz Mehdiyev – Əli Kərimli tandemi əsas icraçılardan biri olub. Dövlət çevrilişi ssenarisi, ölkədə siyasi böhran yaratmaq niyyəti və hakimiyyətin qeyri-konstitusion yolla ələ keçirilməsi üçün Rusiyadan dəstək istənilməsi ilə bağlı təkzibolunmaz faktlar ortaya çıxıb.
Bu xəyanət layihəsini bu il də həyata keçirməyə çalışan “xəyanətkar cütlük” bu dəfə, necə deyərlər yaxalanıblar, açığa çıxarılıblar. Heç şübhə yoxdur ki, bu gün dövlətimiz tam şəkildə bilir ki, Mehdiyev–Kərimli xəyanət şəbəkəsində daha kimlər olub və onların da ictimai ifşası üçün hazırlıqlar yekunlaşmaqdadır.
Bütün bu dəhşətli xəyanət planları, dövlət və siyasi institutları sarımış xainlərin çirkin əməlləri üzə çıxdıqca, düşünürsən ki, Prezident İlham Əliyev bu dövləti təkcə xarici düşmənlərin hücumlarından və məkrli planlarından deyil, həm də içəridə qurulan gizli şəbəkələrdən, dövlətçiliyə zərbə vurmaq istəyən daxili satqınlardan da qoruyub. Ramiz Mehdiyevin illərlə yaratdığı gizli təsir dairəsi, monopoliyalar və dövlət idarəçiliyinin müxtəlif sahələrində formalaşdırdığı qaranlıq mexanizmlər zaman-zaman dövlət üçün ən təhlükəli təhdidlərdən biri olub. Lakin dövlət başçısının siyasi iradəsi və qətiyyəti bu bədnam planların hamısını puç edib.
Sonda isə sözüm müxalifətə və AXCP-nin dövlətçilik təəssübü və siyasi məsuliyyəti olan nümayəndələrinədir: Əli Kərimli ilə Ramiz Mehdiyevin dövlətə və milli maraqlara qarşı olan bu murdar əməkdaşlığını açıq və birmənalı şəkildə lənətləyin! Dövlətə xəyanət edənlərə ən ağır cəzanı tələb etmək sizin də minimum siyasi borcunuzdur! Bu rəzilliyə susmaqla Ramiz Mehdiyevin kiralıq kuklası olan Əli Kərimli ilə tarix qarşısında eyni siyasi məsuliyyəti və xəyanət yükünü daşımayın!”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri