Icma.az
close
up
RU
“AzDrama nın aktyorları olaraq qorxuruq ki...” Mehriban Xanlarovadan cavab!

“AzDrama nın aktyorları olaraq qorxuruq ki...” Mehriban Xanlarovadan cavab!

Olay.az saytına istinadən Icma.az xəbər verir.

“AzDrama-nın aktyorları olaraq qorxuruq ki...” - Mehriban Xanlarovadan cavab!

Əməkdar artist Mehriban Xanlarova AzDrama-nın onun etirazı ilə bağlı yaydığı açıqlamaya cavab verib. 

Tanınmış aktrisa bu barədə OLAY-a danışıb. O, açıqlamada qeyd olunan bütün məqamlara aydınlıq gətirib:

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının açıqlaması ilə tanış oldum. Açıq bildirmək istəyirəm ki, bu açıqlama nə qaneedici, nə də məntiqlidir. Böyük sənətkarlarımız – Fatma Qədir, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Məlik Dadaşov, Siyavuş Aslan kimi dəyərli şəxsiyyətlərin adlarının hazırkı vəziyyətlə əlaqələndirilməsi və müzakirələrə daxil edilməsi tamamilə yolverilməzdir. Bu insanlar Azərbaycan teatr tarixində silinməz iz qoymuş sənət fədailəridir və onların irsinin bu cür mübahisələrə cəlb olunması nə mənəvi, nə də etik baxımdan doğrudur. Hazırda müzakirə olunan məsələ keçmişə deyil, teatrımızın bu gününə və gələcəyinə aiddir. Teatrımızın indiki durumu bizi ciddi şəkildə narahat edir. Kollektivin böyük bir hissəsi bədii rəhbər Mehriban Ələkbərzadənin fəaliyyətindən narazıdır, lakin müxtəlif səbəblərdən bu narazılığı açıq şəkildə ifadə edə bilmirlər. Ən böyük narahatlığımız isə budur ki, Prezident mükafatı və fəxri adlar üçün təqdim olunan siyahılar şəxsi münasibətlərə əsasən tərtib edilə bilər və bəzi sənətkarların adları bu siyahılardan bilərəkdən çıxarıla bilər. İçi mən qarışıq bütün həmkarlarım AzDrama-nın kollektivi olaraq qorxuruq ki, adlarımızı Prezident mükafatı və fəxri adlar üçün olan siyahılardan çıxardalar. Artıq bu cür haqsızlıqlara son qoyulmalıdır! Mən, Münəvvər Əliyeva və Əli Nur, özümüz üçün rol istəmirik. Lakin teatrın bir kənarında qalmış, istedadı nəzərə alınmayan, səhnəyə çıxmaq imkanı verilməyən aktyor və aktrisalar var! Teatrımızın aktyor heyəti Mehriban Ələkbərzadə üçün bu qədərmi dəyərsizdir ki,  kənardan aktyor axtarışına çıxır? Məsələn, yaxın aylarda səhnəyə qoyulacaq “Baş” tamaşasında kifayət qədər aktyor var – Ağabəyim, Ağa və yeni aktrisalar bu tamaşada rol ala bilərlər. Bəs niyə onlara imkan verilmir? Ümumiyyətlə, bədii rəhbər Mehriban Ələkbərzadə kollektivə yuxarıdan aşağı baxır, aktyorlar arasında ayrı-seçkilik edir. Əgər teatrın heyətini bəyənmirsə, niyə burada çalışır?

Mən Mehriban Xanlarova olaraq, Akademik Milli Dram Teatrının tarixinə silinməz iz qoymuş sənətkaram. 2018-ci ildə “Manqurt” tamaşasında Nayman Ana obrazına görə Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olmuşam. Bu mükafat hazırda teatrın muzeyində saxlanılır. Mənim sənətimi və potensialımı Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək məni Əməkdar artist adına layiq görüb. Ən narahatedici məqam isə Mehriban Ələkbərzadənin çalışdığı digər teatrın aktyorlarını Akademik Milli Dram Teatrına gətirmək niyyətidir. Biz buna imkan verməyəcəyik! Teatr bir şəxsin şəxsi mülkü deyil – bu məkan illərini bu sənətə həsr etmiş insanların haqqıdır. Buna görə də, biz açıq şəkildə bildiririk ki, bu məsələlərlə bağlı geniş tərkibli iclas keçirilməlidir. Teatr rəhbərliyi kollektivin narazılığını dinləməli və haqlı iradlara cavab verməlidir.

Bundan əlavə, mən Kulis.az saytına Mehriban Ələkbərzadənin teatrımızdakı fəaliyyəti ilə bağlı müsahibə vermişdim. Lakin kimlərinsə göstərişi ilə həmin müsahibə silindi. Daha sonra jurnalist Ülvi Bahadır mənə bildirdi ki, digər saytlarda yayımlandıqdan sonra rəhbərliyə müraciət edərək onu bərpa ediblər. Buradan açıq şəkildə bəyan edirəm: heç kim mənim söz azadlığıma məhdudiyyət qoya bilməz! Mən demokratik ölkənin vətəndaşıyam və Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı hüququ var. Böyük kollektivlə işləyən insanlar fərqli fikirlərə açıq olmalıdırlar. Biz teatrımızın gələcəyini qorumaq üçün mübarizəmizi davam etdirəcəyik!”.

Qeyd edək ki, “Baş” tamaşası üçün Günəş Tegin teatra dəvət  olunub. Teatrın açıqlamasında isə bildirilib ki, G. Tegin artıq AzDrama-nın əməkdaşıdır. Bundan əlavə Mehriban Xanlarova və digər sənətçilərin etirazları ilə bağlı bu fikirlər qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olay.az
archiveBu xəbər 06 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri