Icma.az
close
up
RU
AzDrama nın daha bir aktrisası teatrın rəhbərliyinə qarşı çıxdı

AzDrama nın daha bir aktrisası teatrın rəhbərliyinə qarşı çıxdı

Missiya.az saytına istinadən Icma.az xəbər verir.


Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının (“AzDrama”) bədii rəhbəri Mehriban Ələkbərzadə arasında davam edən gərginlik fonunda teatrın daha bir aktrisası Əməkdar artist Münəvvər Əliyeva qurumun rəhbərliyinə qarşı çıxdı.
O Missiya.Az-a açıqlamasında Mehriban Xanlarovanı dəstəklədiyini vurğulayıb.
“Hamı bilir ki, Mehriban haqlıdır, o düz deyir. Sözügedən hadisələrlə bağlı səhərə kimi yata bilmirəm. Teatrımızda “repressiya” dövrü davam edir. Sanki aktyorlar gözləmə məntəqəsindədir. Elə bil ki, avtobus gözləyirlər ki, gələcək öz onları sığınacağına yığacaq. Rəhbərlik isə özünə xoş gələn, özünə kölə edə biləcəyi adamlarla çalışır. Teatrın öz aktyor heyəti 5-10 il gözləyə-gözləyə, hər yeni gələn bədii rəhbərlə ömrümüz çürüyə-çürüyə gedirik. Bundan əvvəlki bədii rəhbərin dövründə də oturdum, gözlədim onda da “repressiya” dövrü var idi. Mənə deyirdi: “Sən mənim aktyorum deyilsən, sən Mehribanın aktyorusan. Filankəs mənim aktyorum deyil və s.” Onun üzünə açıq şəkildə bildirdim: “Siz teatra gəlmisiniz, “mənim aktyorum deyilsiniz” nə deməkdir? Siz Akademik Milli Dram Teatrına gəlmisinizsə, hamımız sizin aktyorunuz olmalıyıq”. Teatrda hər zaman belə “repressiya” dövrü olub, amma bu dəfə çox aydın, qabarıq şəkildə, dözülməz həddə çatıb. Bu gün tetarın bütün aktyorları qorxur, kənara çəkilib. Hamı gizlənir, demək olar ki, buranın bütün aktyorları təhqir olunub, o şəxsdən zərbə görüblər. Lakin susurlar, susdurulurlar. Bundan qabaq mən əməliyyata gedirdim, həmin gün də teatr mənim dilimdən düşməyib. Ona görə ki, bu gün kimsə bizə qapı göstərsin? Kim səsini qaldırırsa, ona qapı göstərilir. Rəhbərliyin son yazısı təkcə Mehribana şamil olunmurdu, bu hamımıza aid edilirdi”, - aktrisa bildirib.

Əməkdar artist “AzDrama”nın digər aktyorlarını da ayağa qalxmağa, öz sözünü açıq deməyə, mübarizəyə çağırıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://missiya.az
archiveBu xəbər 11 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri