Icma.az
close
up
RU
Azəbaycanda tibbi müayinədən sonra nikahdan imtina edənlər olub? Nazirlikdən açıqlama

Azəbaycanda tibbi müayinədən sonra nikahdan imtina edənlər olub? Nazirlikdən açıqlama

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minib. 

Həmin dövrdən başlayaraq ailə həyatı qurmaq istəyən gənclər məcburi tibbi müayinədən keçirilir. Burada məqsəd sağlam ailə formalaşdırmaq və uşaqların xəstə doğulmasının qarşısını almaqdır. Tibbi müayinə məcburi olsa da, hər hansı xəstəlik aşkarlandıqdan sonra belə gənclər evlənib-evlənməməyə özləri qərar verirlər. Tibbi müayinə zamanı yoxlanılan xəstəliklərə bunlar daxildir:

Hemoqlobinopatiyalar; 
Böyük beta-talassemiya; 
Aralıq beta-talassemiya; 
Drepanotalassemiya; 
Oraqvari hüceyrəli anemiya; 
İİV/QİÇS; 
Sifilis. 
Qeyd edək ki, ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 nəfər qan analizi verib. Onlardan 35-ində HİV(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb. Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlüklərdə isə 50 nəfər aşkarlanıb. 2024-cü ilin nəticələrinə görə, tibbi müayinənin mənfi nəticəsinə əsasən evlilik ərizəsini geri götürən olubmu? 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflər yalnız tibbi müayinədən keçdikdən və bu barədə müvafiq arayışı əldə etdikdən sonra nikaha daxil olmaq üçün müraciət edə bilərlər: “Tibbi müayinənin nəticələri həkim sirri olduğundan nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilmir. Tibbi müayinənin nəticələri nikaha daxil olmağa maneə yaratmır. Tərəflər nikaha daxil olmaq üçün müraciət etdikdən sonra ərizənin geri götürülməsi ilə bağlı müraciət edə bilərlər, yaxud nikahın təyin edildiyi tarixdə qeydiyyat şöbəsinə müraciət etməməklə nikahın qeydiyyatından imtina edə bilərlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Nikah tibbi müayinə nikahdan imtina

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri