Icma.az
close
up
RU
AzEdu Təlim Mərkəzi yaradılır

AzEdu Təlim Mərkəzi yaradılır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

AzEdu Təhsil Platforması təhsillə bağlı yeni, innovativ layihələrini davam etdirir. Platforma daxilində bugündən etibarən “AzEdu Təhsil Mərkəzi”nin fəaliyyətinə start veriləcəkdir.

Təlim mərkəzi əsasən müəllim və namizədlər üçün bir çox istiqamətdə təlim, seminar, konfrans və forumlar təşkil etməklə təhsilverənlərin özünüinkişafı istiqamətində tam fərqli və faydalı proqramla fəaliyyət göstərəcəkdir.

AzEdu Təhsil Mərkəzinin əsas üstünlüklərindən təlim və seminarların təkcə yerli yox, həm də xarici mütəxəssislər tərəfindən təşkili olacaqdır. Artıq bu istiqamətdə qardaş Türkiyə Cümhuriyyətinin bir neçə nüfuzlu universitetləri və təhsil adamları, tanınmış pedaqoq, psixoloqlar da əməkdaşlıqla bağlı razılıq əldə olunub.

AzEdu Təlim Mərkəzinin əsas tərəfdaşlarından biri də Azərbaycan Psixologiya Mərkəzi olduğundan təhsildə psixoloji hazırlıq, müəllim, şagird və abituriyentlərə psixoloji xidmətlər, bu istiqamətdə təlim və seminarlar da fəaliyyət proqramına daxil edilib.

Qeyd edək ki, təlim və seminarlar həm ənənəvi, həm də onlayn formada həyata keçiriləcəkdir. Təlim sonrası təqdim olunacaq sertifikatlar əsas etibari ilə beynəlxalq dərəcəli sertifikatlar qrupuna aid olacaqdır.

AzEdu Təlim Mərkəzinin fəaliyyət fəlsəfəsini fərqləndirən əsas məqamlardan biri təlimlərin real nəticəyə yönəldilməsidir.  Mərkəzdə keçiriləcək proqramlarda iştirakçıların yalnız nəzəri əsaslarla kifayətlənməyəcək. Real layihələr və praktik tapşırıqlar üzərində işlənəcək mövzular təlimlərin faydalılığını daha da artıracaqdır.

“Bilikdən bacarığa”, “bacarıqdan nəticəyə” yönələn fəaliyyət proqramı mərkəzin bütün təlimlərdə ön planda olacaqdır.

Təcrübəli mütəxəssislər tərəfindən süni intellektin təhsildə praktiki tərəfləri, oxuyub-anlama bacarıqlarının inkişafı, şagirdləri ekran asılılığından xilas etmənin psixoloji-praktiki metodları, müəllimlər üçün sosial şəbəkələrdən düzgün və faydalı işləmələri üçün praktiki kontentlər və s. istiqamətdə təlimlər keçiriləcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri