Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin… KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşməsi çox mühümdür”.
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib.
Ekspert bildirib ki, hazırda həssas bir dövrdür:
“Bu həssaslıq təkcə regionla bağlı deyil. Yaxın Şərqdə müəyyən proseslər baş verir və buna paralel olaraq regionumuzda Ermənistan–Azərbaycan sülh prosesi də gedir. Bu prosesdə Vaşinqtonun iştirakı var. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirildi və sülh sazişi paraflandı. Eyni zamanda, Bakı ilə Vaşinqton arasında strateji xartiya imzalandı, ardınca ABŞ-ın vitse-prezidenti Azərbaycana səfər etdi.
Bu, iki ölkə arasında münasibətlərin inkişafını göstərir. Lakin İran-ABŞ gərginliyi fonunda bəzi xoşagəlməz fikirlərin də şahidi ola bilərik. Amma mən bir məqamı xüsusilə qeyd edim ki, Bakının Tehranla bağlı məsələlərdə mövqeyi bəllidir. Prezident İlham Əliyev Donald Trampla telefon danışığında və təbrik məktublarında İranın blokadada qalmasına yönələn təzyiqləri doğru hesab etmədiyini bildirib.
Azərbaycan Prezidenti İranla münasibətlərin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. İran tərəfdən, təəssüf ki, müəyyən xoşagəlməz fikirlər səsləndiriləcək. Adətən, bu kimi səfərləri fərqli şəkildə təqdim etməyə və təhrif etməyə çalışırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















