Azər Aslanov: Azərbaycanda idmana yaradılan şərait övladlarımızın...
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması qürurvericidir.
Bu sözləri Adalet.az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.
“Azərbaycanda keçirilən yerli və beynəlxalq səviyyəli idman yarışları bir daha sübut edir ki, ölkəmiz dünyanın ən təhlükəsiz və sabit ölkələrindən birinə çevrilib. Bu, ölkədə təhlükəsizliyin təmin olunduğunu, siyasi və iqtisadi sistemin düzgün qurulduğunu göstərir. Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuz baxımından hansı səviyyədə gücə malik olduğunu ortaya qoyur. Azərbaycanda idmana yaradılan şərait həm də övladlarımızın sağlam və vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir”.
A. Aslanov ölkəmizin idman ölkəsinə çevrilməsinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasi kursun nəticəsi olduğunu qeyd edib.
“Hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu prosesin əsası qoyulmuşdu. İlham Əliyev isə bu prosesi daha da irəli apardı. Nəticədə Azərbaycan dünyada idman ölkəsi kimi tanındı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















