Icma.az
close
up
RU
Azər Badamov Rusiyada saxlanılmasından danışdı: “Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa...”

Azər Badamov Rusiyada saxlanılmasından danışdı: “Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa...”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov APA-ya müsahibə verib.

Yenisabah.az həmin müsahibəni təqdim edir:

– Rusiyaya səfəriniz zamanı baş verənlər sizin üçün nə dərəcədə gözlənilən idi?

– Mayın 4-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdıq. Təyyarə ilə Moskvaya, oradan isə Həştərxana uçmalı idik. Nümayəndə heyətinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, həmkarım Elman Nəsirov və mən daxil idim. Moskvada Şeremetova Hava Limanında sərhəd-keçid prosedurlarını normal keçəndən sonra Həştərxana təyyarə gözlədiyimiz zaman Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları mənə yaxınlaşdılar və dedilər ki, sizin ölkəyə girişi ilə bağlı aydınlaşdırılmalı məsələlər var.

Araşdırma üçün onlarla bir yerdə məlumat bazasına baxılması ilə əlaqədar kompüter olan xüsusi otağa getdik. Bir müddətdən sonra həmin Xidmətin rəisi əlində bir kağız bildirişlə mənə yaxınlaşdı və qeyd elədi ki, siz bu bildirişə imza atmalısınız, Rusiyaya girişiniz qadağan olunub. Bildirildi ki, geri qayıtmalıyam. Bildirişdə qeyd olunmuş məsələ ümumiyyətlə həqiqətdən uzaq bir məsələ idi. Deportasiya üçün məni müəyyən olunmuş əraziyə apardılar. Orada 4 saatdan çox gözləməli oldum və 4 saatdan sonra Bakıya qayıdan təyyarəylə məni Bakıya yola saldılar.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı və həmkarım Elman Nəsirov Həştərxana yola düşdülər, keçirilən tədbirlərdə də iştirak ediblər.

Burada bir anlaşılmazlıq var. Çünki bundan əvvəl 17-20 aprel tarixlərində Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılmışdıq. Aprelin 17-də dövlət sərhədini normal şəkildə keçmişik, hər hansı bir qadağanın olması haqqında xəbərdarlıq yox idi. Ancaq üzərindən qısa bir müddət keçəndən sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər zamanı Moskvada bildirildi ki, Rusiyaya girişim qadağan olunub və əgər qeyri-qanuni şəkildə gəlsəm, cinayət məsuliyyətinə cəlb olunacam. Bunlar əsassız iddiadır.

– Sizə qarşı hansı iddia irəli sürülüb?

– Bildirişdə qeyd olunmuşdu ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmağıma icazə verilmir. Söhbət Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı məsələdən gedir.

– Yəni açıq bildirilmədi ki, konkret hansı açıqlamanıza, fəaliyyətinizə görə həmin maddələrin tələblərini pozmusunuz?

– İndiyə qədər də Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

– TASS diplomatik mənbəyə istinadən bir növ Rusiyanın mövqeyini çatdırmışdı. Arqumentlərdən biri bu idi ki, Azərbaycan da bir sıra rusiyalı deputatların girişinə qadağa qoyub, bu da fərdi şəkildə qadağadır.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi həmişə Rusiya–Azərbaycan əlaqələrinin inkişafına müsbət yanaşmışam və bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək fikirlər ifadə etmişəm. TASS-ın yaydığı məlumatda qeyd olunanlar həqiqətdən uzaqdır.

Rəsmi Bakı anti-Azərbaycan fikirlərinə Rusiya parlamentinin bəzi üzvlərinin ölkəyə girişinə qadağa qoyub. Yəni onlar Azərbaycan dövlətçiliyinə xələl gətirəcək ifadələr səsləndirdiklərinə görə qadağaya məruz qalıblar. Mənim Rusiya dövlətinə qarşı heç bir fikrim olmayıb. Mən yalnız Azərbaycan xalqını təhqir edən deputatın dediklərinə cavab vermişəm. Yəni deportasiya olunma səbəbi ilə göstərilən arqumentlər tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, mənim Rusiya dövlətinə və xalqına qarşı heç vaxt neqativ fikrim olmayıb.

Çox arzulayardım ki, Rusiyanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin, baş verənlərə düzgün, obyektiv bir izah versin. Bu günə qədər Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməyib.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda fəaliyyətinizi davam etdirəcəksiniz?

– Rusiya tərəfi bu qərarda yanlışlıq olduğunu qəbul etsə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi fəaliyyətimi davam etdirəcəm. Əks halda, yəni qadağa davam edərsə, bu qrupda qalmağım mümkün olmayacaq.

– Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirləriniz necədir?

– Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu Bəyannamənin ruhuna uyğun gəlməyən belə hərəkətlər baş verir. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kölgə salır.

– Yeri gəlmişkən, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan təyyarə qəzası məsələsi də var. Ötən dövr ərzində təyyarə qəzası ilə əlaqədar Rusiya tərəfi demək olar ki, istintaq hərəkətləri aparmır, həbs edilənlər, saxlanılanlar yoxdur və bu da Azərbaycan tərəfini narazı salır. Bu məqam Rusiya–Azərbaycan münasibətlərinin inkişafına nə dərəcədə mane olur?

– Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa Rusiya–Azərbaycan münasibətləri baxımından yaxşı bir göstərici deyil. Əgər münasibətlərimiz qarşılıqlı hörmət əsasında davam etdirilməlidirsə, belə hadisələrə yol verilməməlidir. Əgər anlaşılmazlıqlar baş verirsə, bu, ikitərəfli qaydada araşdırılmalı və aydınlıq gətirilməlidir. Gizli məqamlar qalmamalıdır.

Hər bir halda təyyarə ilə bağlı hadisə Rusiyanın ərazisində, Rusiyanın hərbçiləri tərəfindən törədilib. Rusiya buna görə rəsmi şəkildə üzr istəməli və müvafiq kompensasiyalar ödəməlidir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see157

Şollarda asılmış kişi meyiti tapıldı MÜƏMMALI İNTİHAR

05 May 2025 19:34see136

Bu evlər təhlükə altındadır Video

05 May 2025 21:47see135

Trent Aleksander Arnold Liverpul dan gedir Rəsmi

05 May 2025 13:32see123

Tramp həftəsonu Rusiya və Ukrayna məsələlərini aktiv müzakirə etdiyini açıqlayıb

05 May 2025 09:13see119

Qvadelupa sahillərində inanılmaz mənzərə: balıqlar göyə qalxdı VİDEO

06 May 2025 01:06see118

Xalq artistindən Elzasayağı tərz: ayaqqabılarını tərs geyindi FOTOlar

05 May 2025 11:08see117

Şaxtyor dan XXI əsrdə bir ilk

05 May 2025 02:18see115

“Rusiyanı ancaq qeyri ənənəvi üsullarla məğlub etmək olar…”

06 May 2025 00:26see115

Pakistan düşmənə layiqli cavab verməyə hazır olduğunu bildirib

05 May 2025 07:36see115

İsveçdə ərzaq inflyasiyası yavaşlayır

06 May 2025 03:42see114

Azər Badamov bütün suallara aydınlıq gətirdi

06 May 2025 16:46see114

ABŞ məhkəməsi Trampın bu tələbini rədd etdi

06 May 2025 18:35see113

Paşinyanla bağlı cavab Davtyanı ŞOK etdi Müharibədən sonra sərhəddə...

05 May 2025 03:02see113

Soçi aeroportunda təyyarə dovşanı vurub

05 May 2025 06:17see113

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb

06 May 2025 18:36see112

Bakının hansı küçələrində sıxlıq var? 05.05.2025

05 May 2025 08:22see109

Yay səyahətlərinizi ilə daha ucuz edin!

05 May 2025 10:06see109

“Səhhəti pisləşib, aparata qoşublar” Vahid Əliyevin həyat yoldaşı

06 May 2025 01:50see109

Bu hərəkət mədəniyyətimizə qara ləkədir

05 May 2025 21:47see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri