Azər Bayramov: İƏT in Əmək Mərkəzi üzv dövlətlər arasında əməkdaşlıq üçün yaradılmış mühüm platformadır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi üzv dövlətlər arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq üçün yaradılmış mühüm platformadır. Azərbaycan bu mərkəzin fəaliyyəyinin həyata keçirməsində əvəzsiz rol oynayır. Bu, əmək və məşğulluq sahəsində İƏT çərçivəsində əməkdaşlığın və həmrəyliyin inkişafında ölkənin liderliyini aydın şəkildə nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu İƏT-in Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Bakıda keçirilən qurumun İcraiyyə Şurasının iclasında bildirib.
"Bu il keçirilən Qlobal Əmək Bazarı Konfransı kimi təşəbbüslərdə əməkdaşlığımız üzv dövlətlər arasında önəmli tərəfdaşlıqların möhkəmlənməsinə imkan yaratdı. Missiyamız layiqli əməyin təşviqi, peşə təhlükəsizliyi və sosial müdafiənin gücləndirilməsi, dayanıqlı və inklüziv əmək bazarlarının qurulmasına dəstəkdir. Bu iclas bizim üçün fəaliyyətlərə nəzər salmaq, strateji planı və əsas təşəbbüsləri müzakirə etmək, həmçinin gələcək üçün yol xəritəsini müəyyənləşdirmək baxımından gözəl fürsətdir. Burada veriləcək qərarlar mərkəzin gələcəyini formalaşdırmaqda həlledici rol oynayacaq",- deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















