Icma.az
close
up
RU
Azər Həşimov: Qarşıda 21 tur var, heç nə bitməyib

Azər Həşimov: Qarşıda 21 tur var, heç nə bitməyib

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Karvan-Yevlax" Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Həşimov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq 

- Azarkeşlər oyunun sonunda sizi istefaya çağırdılar. Buna münasibətiniz necədir?

- İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ ki heç nə deyə bilmərəm.

- Vüsal Məsimovu əvəzləmək istədiz, amma o meydandan çıxmadı. Məşqçilər korpusu 25 yaşlı futbolçuya sözünü keçirə bilmirsə, digər oyunçulara necə keçirə bilər?

- "Araz-Naxçıvan"la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin.

- Sizin dediklərinizlə meydanda gördüklərimiz üst-üstə düşmür. Həmin epizoddan bir neçə dəqiqə sonra Vüsal texniki zonaya yaxınlaşıb "mən çıxmayacam" dedi...

- İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur.

- "Kəpəz" Premyer Liqada qalmaq mübarizəsində əsas rəqibinizdir. Bununla belə Yevlax şəhər stadionunda onların oynamasına razılıq verilib. Bu nə dərəcədə düzgündür?

- Buna mən qərar verməmişəm. Rəhbərliyə aid olan sualdır. Suala cavab verə bilmərəm.

- Sizcə, bu gün niyə uduzduz?

- Penalti epizodunda futbolçular bir az diqqətsiz yanaşdılar. Rəqibin də, bizim də qol imkanlarımız oldu.

- "Kəpəz", "Karvan-Yevlax" və "Qəbələ" Premyer Liqanı tərk etməyə namizədlər kimi görünür. Sizcə, bu üç komandanın içində zəif bənd kimdir?

- Bu mövsüm mənim Premyer Liqada debütümdur. Bizim çətinliklərimiz çox olub. Deyərdim ki, hamısının şəraiti bizdən yaxşı olub. Meydança problemimiz var idi. İki həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi məşqçidə görür.

- Doğma meydanda məğlubiyyətlər davam etdikcə təzyiq çox olacaq. Bu haqda nə deyə bilərsiniz?

- Bu, futbolun bir hissəsidir. Mətbuat da, azarkeşlər də təzyiq edə bilər. Təzyiqdən çıxacağıq və daha yaxşı olacağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri