Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azər Məmmədov: “Komandada hələ ki, stabillik çatışmır”

Azər Məmmədov: “Komandada hələ ki, stabillik çatışmır”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” – “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, ilk növbədə mütəxəssis ağır məğlubiyyəti şərh etdi:

– Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabın fərqini azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi.

Azər Məmmədov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi?

– Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.

– Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiniz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiniz. Bu qərar nədən qaynaqlanırdı?

– Tamamilə taktiki bir dəyişiklik etdik. Rafaelin sürəti və cəldliyindən istifadə edərək evdə oynadığımız üçün matça birinci nömrə kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə bir dəyişikliyi etməli olduq.

– “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi və növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır?

– Tamamilə haqlısınız, rəqiblər bizim səviyyəmizə yaxın komandalardır. Oyunçuların belə bir nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbətlər aparmalıyam. Futbolda qələbə də, məğlubiyyət də normaldır. İnanıram ki, qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik.

– Komandanın yenə çox sarı vərəqə almasının səbəbi nədir?

– Futbol təmas oyunudur və sürətlənən oyunda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri