Icma.az
close
up
RU
Azər Məmmədov: “Santuşun istefaya göndərilməsi gecikmiş addım idi” MÜSAHİBƏ

Azər Məmmədov: “Santuşun istefaya göndərilməsi gecikmiş addım idi” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu qələbə ilk növbədə onun göstəricisidir ki, “Qarabağ”da hərtərəfli – həm rəhbərlik, həm də məşqçi heyəti olaraq, həqiqətən də, böyük və düzgün işlər görülür".

İdman.biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq müdafiəçisi Azər Məmmədovun futbolinfo.az saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ”ın Çempionlar Liqasına qələbə ilə başlaması, səfərdə “Benfika”nı üstələməsi sizin üçün nə ifadə edir?

– Bu qələbə ilk növbədə onun göstəricisidir ki, “Qarabağ”da hərtərəfli – həm rəhbərlik, həm də məşqçi heyəti olaraq, həqiqətən də, böyük və düzgün işlər görülür, doğru istiqamətdədirlər. “Benfika” ilə görüş şəxsən mənə göstərdi ki, “Qarabağ” artıq dünya arenasında böyük klublarla başabaş oynayacaq səviyyəyə çatmış klubdur. Azərbaycanda belə bir klubun olması sevindirici haldır.

– Sabiq müdafiəçi kimi bu görüşdə “Qarabağ”ın müdafiə xəttinin performansından tam razı qaldınız? Sizinlə eyni mövqedə çıxış edən Elvin Cəfərquliyevin oyununu necə qiymətləndirirsiniz?

– Bütün futbolçuların sonadək mübarizə apardığını qeyd etməliyəm. Uşaqların hər biri əla mübarizə apardı. Komandanın iki qol buraxmasını sırf müdafiə xətti ilə əlaqələndirmirəm. Məncə, müdafiəçilər də normal çıxış etdilər. Ancaq “Qarabağ”ın xüsusi olaraq dayaq yarımüdafiəçilərini qeyd edərdim, onlar daha möhtəşəm idilər. Elvinə gəlincə, tək-tük yerli futbolçularımızdandır ki, stabil oyun göstərir. Öz mövqeyində Azərbaycanın ən güclülərindəndir. Həm müdafiədə, həm də hücumda komandası üçün faydalı futbolçudur. Elvin haqda ancaq xoş sözlər demək olar.

– “Qarabağ” 3-cü dəfə Ramil Şeydayevi heyətinə qatdı. Bu keçidə münasibətiniz necədir? Sizcə, Ramil “Qarabağ”a əlavə güc qata biləcək?

– Ramilin Azərbaycanda ən uğurlu karyerası “Qarabağ”da olub, ən yaxşı oyunlarını məhz Ağdam klubunda göstərib. Razıyam ki, “Sabah” və “Neftçi”də stabil çıxışla yadda qalmayıb. Biz də futbolçu olmuşuq, hər oyunçu öz komandasını tapmalıdır. Düşünürəm ki, Ramilin Azərbaycandakı komandası məhz “Qarabağ”dır. İnşallah, bu transfer Şeydayev üçün uğurlu olar və əvvəlki kimi, yenə “Qarabağ”a öz oyunu ilə fayda verər.

– Maraqlıdır ki, “Qarabağ”dan gedən futbolçular başqa klublarda əvvəlki oyunlarını göstərə bilmirlər. Bunun səbəbini nədə görürsünüz?

– Dediyiniz məqamla razıyam. Bu dəqiqə futbolda hər şey idarəçiliyin və sistemin üzərində qurulub. “Qarabağ” isə dediyim hər iki sahədə çox uğurludur. Etiraf edək ki, komandaya gələn yeni futbolçulardan heç tanınmayanları da olub. Əsasən Portuqaliyanın ikinci divizionundan gələnləri qeyd edərdim, onlar gəlib məhz “Qarabağ”da parlayırlar və daha yaxşı qiymətə başqa klublara keçirlər. “Qarabağ”ın özəlliyi odur ki, həm idarəçilik, həm də sistem baxımdan klubda işlər çox gözəl qurulub deyə, burada futbolçular daha rahat olurlar və daha keyfiyyətli oyun göstərirlər.

– Vaxtilə millinin də formasını geyinmisiniz. Fernandu Santuşun İslandiyaya ağır məğlubiyyətdən (0:5) sonra istefaya göndərilməsini və Ayxan Abbasovun rəhbərliyi altında millimizin Ukraynadan 1 xal almasını (1:1) necə dəyərləndirirsiniz? Sizcə, millinin baş məşqçisi postunda elə Ayxan Abbasovu saxlamaq ən doğru qərar olmaz?

– Mən Santuş gətiriləndə də deyirdim ki, yığmamıza əcnəbi məşqçinin təyin olunması hələ düzgün deyil, biz yerli mütəxəssislərə imkan yaratmalıyıq. Fikrimcə, Santuşun istefaya göndərilməsi gecikmiş addım idi, onu daha tez göndərmək lazım idi. O ki qaldı millimizin Ayxan Abbasovun rəhbərliyi altında Ukraynadan 1 xal götürməsinə, ona qədər yığmamızda milli ruh, əzmkarlıq çatışmırdı. Ancaq Ayxan 1 günün içində həmin ruhu, əzmkarlığı komandaya aşıladı və göründü ki, biz gözlədiyimiz şeylər əslində futbolçularımızda var. Baş məşqçi Ayxan, ya başqası olacaq, bilmirəm, amma mütləq həmin posta yerli mütəxəssis təyin edilməlidir. Sırf Ayxan variantına gəlincə, əgər uğur qazana bilirsə, niyə də olmasın?!

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri