Icma.az
close
up
RU
Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə

Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Bu gün Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azər Qasımlının saxlanılmasına səbəb barəsində polisə edilən müraciətdir.

Azər Qasımlıya Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Vəkil Aqil Layıc öz Facebook səhifəsində Azər Qasımlının saxlanılması barədə yazıb:

"Azər Qasımlı alacağına görə iddia qaldırıb və xeyrinə məhkəmə qətnaməsi çıxmışdır ki, pul Azər Qasımlıya ödənilsin. İndi bu qətnamədə qeyd olunan cavabdeh iddia edir ki, Azər Qasımlı ona hədə gəlməklə, zor tətbiq etməklə pul tələb edib".

Görünüdüyü kimi, vəkil Azər Qasımlının Yusibov Qurbanəli Vidadi oğlu adlı vətəndaşın şikayəti əsasında saxlanıldığına işarə edir.

Bəs, həmin vətəndaş kimdir? AzNews.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata görə, Qurbanəli Vidadi oğlu Yusibov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub. O, 2004- cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.

2009-cu ildən onlayn media, xüsusilə sosial media sahəsində fəaliyyət göstərib.

2009-2012-ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2016-cı ildən "Blockchain" texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir.

"ONMA Line Consulting" şirkətinin təsisçisi və direktorudur.

O, 2020-ci ildə 47 saylı Mingəçevir seçki dairəsindən MM üzvlüyünə namizəd olub.

Q.Yusibov 2020-сi ildəki parlament seçkilərində Azər Qasımlı, Toğrul Vəliyev, Mehman Hüseynov, Ruslan İzzətli, Səməd Rəhimli, Baba Məmmədli, Elsever Seyidlə birgə "Hərəkət" Seçki Blokunda təmsil olunub.

Əməkdaşımızın Q.Yusibovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri