Azər Qasımzadə: Strateji binalar 7/24 izlənəcək
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Strateji əhəmiyyətli binaların və qurğuların sağlamlığı 7/24 izlənəcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə BP şirkətinin dəstəyi ilə universitetdə yaradılan strateji əhəmiyyətli binaların və qurğuların sağlamlıq monitorinqi laboratoriyasının açılışı zamanı deyib.
O bildirib ki, laboratoriyanın əsas fəaliyyəti strateji əhəmiyyətli binaların və qurğuların vəziyyətinin fasiləsiz monitorinqinin aparılmasıdır:
“Bu gün BP şirkətinin dəstəyi ilə strateji əhəmiyyətli binaların, qurğuların sağlamlıq monitorinqi laboratoriyasının açılışıdır. Mərkəzin əsas iş fəaliyyəti strateji əhəmiyyətli binaların və qurğuların 7/24, yəni fasiləsiz şəkildə sağlamlığının izlənilməsidir.Əgər orada normadan kənar hər hansı dəyişiklik varsa, bu müəyyən olunacaq və müvafiq tədbirlər görüləcək. Əsas məqsəd bundan ibarətdir.Müəyyən etdiyimiz yerləri ölçmək və nəticələri təsdiqləmək üçün lokal ölçmə alətlərimiz də var. Həmin avadanlıqlar da laboratoriyada sərgilənir.
O, qeyd edib ki, tədbirdə bu sahə üzrə xarici mütəxəssislər də iştirak edirlər:
"Türkiyədən professor Mustafa Ərdik, İtaliyadan, Romadan professor Paolo Clemente və Birləşmiş Krallıqdan, Bristol Universitetindən professor Anastasios Sextos tədbirimizdə iştirak edir və öz töhfələrini verirlər.
Əlbəttə, bizim əsas dəstəkçimiz BP şirkətinə və Bəxtiyar müəllim Aslanbəyliyə təşəkkür edirik”.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















