“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
Hörmətli səhmdar!
"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 23 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) tarixi dəyişmişdir.
Ümumi yığıncaq 24 dekabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə dəyişiklik edilməmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan səsvermə bülleteni formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında, Bankın inzibati binasına 2026-cı il dekabrın 24-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















