Icma.az
close
up
RU
Azər Türk Bank və Visa beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azər Türk Bank və Visa beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Dövlət bankı Azər Türk Bank  və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.

AZXEBER.COM xəbər verir ki, memoranduma əsasən tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxil olmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödəniş infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.

Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədilə ölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərək e-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqini davam etdirəcəklər.

Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həm də onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçün yeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqini həyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azər Türk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslanan Mobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.

Elektron əməliyyatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və saxtakarlığın dərhal aşkarlanması mexanizmlərinin tətbiqi də gündəmdə duran məsələ kimi qeyd edilmişdir.

Memorandumda Azər Türk Bank və Visa təşkilatının qarşılıqlı tərəfdaşlığı ilə rəqəmsal maliyyənin inkişafı üçün bir sıra digər mühüm istiqamətlər də yer almışdır.

Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim ediləcəkdir.

Qeyd edək ki, bundan əlavə, Azər Türk Bank dünya üzrə 500 milyona yaxın biznes tərəfdaşı olan, qlobal miqyasda ödənişlər etməyə, token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksit ödənişləri icra etməyə imkan verən Visa CyberSource e-ticarət platformasının da ölkədə ilk partnyor Bankıdır. Həmçinin, Azərbaycan Mərkəzi Bankından qanunvericiliyin tələbinə uyğun müvafiq lisenziyaları əldə edən elektron pul təşkilatları və ödəniş təşkilatları ilə Azər Türk Bank innovativ həllərə əsaslanan səmərəli əməkdaşlıq üçün mühüm addımlar atılmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri