Icma.az
close
up
RU
Azər Türk Bank VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşıdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azər Türk Bank VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşıdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilənVIII Beynəlxalq Bankçılıq Forumunun işində ("IBF 2024”) rəsmi tərəfdaş olaraq iştirak edib.

AZXEBER.COM xəbər verir ki, "Mastercard” tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi altında həyata keçirilən forum regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.

Forumda maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi də nümayiş etdirilmişdir. Burada Azər Türk Banka məxsus atb360 mobil əlavəsindəyeni istifadəyə verilmiş rəqəmsal atb kartın sürətli sifarişini yerinə yetirən xidmət forum iştirakçılarının marağına səbəb olmuşdur.

İştirakçılar tərəfindən atb card debit kartına sahib olmaq istəyənlər yerindəcə telefonlarına App Store və ya Google Play-dən atb360 mobil tətbiqini yükləməklə, saniyələr ərzində, rahatlıqla və heç bir ödəniş etmədən atb card rəqəmsal debit kartına yiyələnmişlər.

 
seeBaxış sayı:48
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri