“Azər Türk Bank”ın mənfəəti və ehtiyatları artıb
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
“Azər-Türk Bank” QSC cari dövr üzrə kapital strukturu və adekvatlıq göstəricilərini elan edib.
“Yeni Sabah” xəbər verir ki, bankın kapital bazasında müsbət dinamika müşahidə olunub. ”Azər-Türk Bank”ın nizamnamə kapitalını təşkil edən adi səhmlərin həcmi dəyişməz qalaraq 100 milyon 500 min manat səviyyəsində saxlanılıb. Bankın bölüşdürülməmiş xalis mənfəətində isə nəzərəçarpan artım qeydə alınıb. Belə ki, əvvəlki illərdən qalan 10 milyon 377 min manatlıq mənfəətin üzərinə cari dövrdə əldə olunan 10 milyon 276 min manatlıq xalis mənfəət əlavə olunub. Nəticədə dövrün sonuna Bankın ümumi bölüşdürülməmiş mənfəəti iki dəfəyə yaxın artaraq 20 milyon 653 min manata yüksəlib.
Bununla yanaşı, maliyyə institutunun risklərə qarşı dözümlülüyünü əks etdirən ümumi ehtiyatlarında da yüksəliş baş verib. İlin əvvəlinə 6 milyon 571 min manat təşkil edən ümumi ehtiyatlar dövr ərzində 728 min manat artırılaraq 7 milyon 299 min manata çatdırılıb. Kapital göstəricilərindəki bu artım Bankın maliyyə dayanıqlığının və daxili imkanlarının möhkəmlənməsini nümayiş etdirir. pizza sifarişi
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















