Icma.az
close
up
RU
Azərbaycan 2 ölkəyə uduzdu , günahkarlar bəlli oldu Çıxış yolu

Azərbaycan 2 ölkəyə uduzdu , günahkarlar bəlli oldu Çıxış yolu

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderlandın kənd təsərrüfatı ixracı üzrə ABŞ-dan sonra ikinci yeri tutması dünyada, o cümlədən Azərbaycanda maraq doğurub. Bildirilir ki, sözügedən ölkə torpaqlarının sadəcə 32 faizini kənd təsərrüfatı sahəsi üçün istifadə edir və 116 milyard dollar gəlir qazanır. Hətta İsrail də bu istiqamətdə ön sıralarda yer alır. Azərbaycanda isə son 10 il ərzində qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən işlərin aparılmasına rəğmən, hələ də istənilən nəticə görünmür.

Azərbaycan niyə Niderland və İsrail kimi ölkələrə məğlub olur?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Niderland kənd təsərrüfatına elmi və texnoloji əsaslarla yanaşır və bu sahədə aqrar‑sənaye kompleksləri yaradılıb:

Natiq Cəfərli

“Azərbaycanda isə texnologiyaların tətbiqi hələ yetərli deyil. Kənd təsərrüfatında istifadə edilən su resurslarının təxminən 40 faizi itkiyə gedir. Bu da suvarma problemini daha da dərinləşdirir. Ölkəmizdə kənd təsərrüfatının inkişafına mane olan digər amillər arasında nəzarət mexanizmləri, yerli icra hakimiyyətlərinin müdaxilələri və məmurların torpaq sahələrinə sahib çıxması faktları da var. Bunların həlli üçün ciddi proqram və yanaşma tətbiq olunarsa, Azərbaycan öz resursları, o cümlədən təbii şəraitinə görə kənd təsərrüfatında böyük uğurlar əldə edə bilər”.

Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə bildirib ki, Niderland və İsrailin ön sıralarda olma səbəblərindən biri idarəetmənin optimallaşdırılması və düzgün strategiyanın tətbiq edilməsidir:

“İsraildə torpaq verimsiz ola bilər, amma burada əkinçi yalnız istehsalla məşğul olur, satış və gəlirə dair məsuliyyəti isə şirkətlər daşıyır. Yəni çalışan istehsal etdiyi məhsulun gəlirini maya dəyərinin üzərinə əlavə edir və şirkət əldə olunan qazancı ona ödəyir. Azərbaycanda isə torpaq sahələri mövcud olsa da, istehsalın həcmi və subsidiyaların istifadəsi barədə qeyri-müəyyənlik var. Burada əsas problem bazar və satış mexanizmlərinin düzgün işləməməsi, gəlirin ticarətçilər arasında paylanmasıdır. Belə faktorlar kənd təsərrüfatı sahəsinin inkişafını əngəlləyir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri