Icma.az
close
up
RU
Azərbaycan 20242026cı illər üçün ATACHın həmtəsisçisi seçilib

Azərbaycan 20242026cı illər üçün ATACHın həmtəsisçisi seçilib

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələri aparılıb.

SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyindən bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Tərəflər Konfransının iqlim həmrəyliyinin yaranmasına töhfə verəcəyini vurğulayıb, COP29-un bütün iştirakçı ölkələrini iqlim dəyişikliyinin mənfi hallarının aradan qaldırılmasına yönəlmiş səyləri daha da gücləndirməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COP29-un qlobal ictimaiyyət üçün bir araya gələrək, praktik həlləri müəyyən etmək üçün mühüm fürsət olduğunu deyib.

Panel sessiyada çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iqlim dəyişikliyinin vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına təsiri çoxşaxəlidir və getdikcə daha çox narahatlıq doğurur. Nazir bildirib ki, son onilliklər ərzində daşqın və quraqlıqlar kimi ekstremal təbiət hadisələrinin tezliyi artıb: “İstiliklə bağlı ölümlərin təxminən üçdəbiri artıq iqlim dəyişikliyi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində baş verən ekstremal hava fəlakətlərinin sayı son 50 ildə beş dəfə artıb”.

Ekstremal hava hadisələrinin yoluxucu xəstəliklərin yayılması üçün ideal şərait yaratdığını qeyd edən nazir bildirib ki, iqlim dəyişikliyinin risk və mümkün təsirlərini minimuma endirən milli siyasətin qəbulu sağlamlığa təsirləri və onların iqtisadi nəticələrini məhdudlaşdırmağa kömək edə bilər.

“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə həmin əraziləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır”, - deyə səhiyyə naziri bildirib.

Sonra İqlim və Sağlamlığın Qorunması Naminə Transformasiya Alyansının (ATACH) yeni həmtəsisçisi seçilib. Azərbaycan yekdilliklə 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi elan olunub.

Tədbirdə çıxış edən Tedros Adhanom Qebreyesus və səhiyyə naziri Teymur Musayev bildiriblər ki, Azərbaycan COP29-un sədri kimi ATACH-a qoşulur və 2024-2026-cı illərdə Alyansın həmtəşkilatçısı kimi çıxış edəcək.

COP26 səhiyyə gündəliyi, COP27, COP28, COP29 və 77-ci Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qlobal iqlim və sağlamlıq təşəbbüslərinə əsaslanaraq, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişmələrinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasını hədəfləyir.

Azərbaycan Alyansa qoşulmaqla dəyişən iqlim şəraitində ictimai sağlamlığın qorunması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edəcək iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemi istiqamətində addımların atılması öhdəliyini üzərinə götürüb.

Həmtəşkilatçılar kimi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası ATACH vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri