Icma.az
close
up
RU
Azərbaycan 2024cü ildə Rusiyadan qaz idxal etməyib Hikmət Hacıyev

Azərbaycan 2024cü ildə Rusiyadan qaz idxal etməyib Hikmət Hacıyev

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Təəssüf edirəm ki, “POLITICO Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir".

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında “Politico”da dərc edilmiş məqaləyə münasibət bildirərkən qeyd edib.

O, Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, məqalədə qeyd edilən faktın isə svop əməliyyatı olduğunu vurğulayıb.
““Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyini” göstərən rəsmi məlumatlara yer verilib. Qeyd etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - Hikmət Hacıyev qeyd edib.

Hikmət Hacıyev məqalədə istinad edilən Avropa Komissiyasının enerji məsələləri üzrə nümayəndəsi Tim MakFinin fikirlərinin dəqiq olduğunu, Avropa bazarlarına təbii qaz tədarük edən Cənub Qaz Dəhlizinin yalnız Azərbaycanın qaz yataqları ilə əlaqəli olduğu, Azərbaycanın daha geniş təbii qaz sistemi ilə əlaqəli olmadığını vurğulayıb: “Aİ rəsmisinin bəyanatı tamamilə doğrudur və biz bununla tam razıyıq. Ona görə də Azərbaycan 2024-cü ildə Rusiyadan heç bir qaz idxal etməyib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 26 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri