Icma.az
close
up
RU
Azərbaycan 2026 cı ilə qədər AQEM ə sədrlik edəcək ŞƏRH EDİLDİ

Azərbaycan 2026 cı ilə qədər AQEM ə sədrlik edəcək ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki sessiyaların Çində keçirildiyini nəzərə alsaq, bu tədbirin Çindən kənarda baş tutması xüsusi əhəmiyyət daşıyır: "Digər mühüm məqam isə ondan ibarətdir ki, 2026-cı ilə qədər Azərbaycan bu müşavirəyə sədrlik edəcək. Həmin ilin payızında isə AQEM-in Zirvə Toplantısı Azərbaycanda keçiriləcək. Asiya qitəsinin təxminən 90 faizini əhatə edən və 28 üzv dövləti birləşdirən bu təsisat regionda etimadın gücləndirilməsi, həmçinin ölkələrarası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti sessiya iştirakçılarına müraciətində də bu məqamı xüsusi vurğulamışdır.

Asiya günü-gündən inkişaf etsə də, əhalisinin artması bu dövlətləri tam qane etmir. Beynəlxalq münasibətlər sistemində Qlobal Cənubun rolu artırılmalıdır. Azərbaycan Prezidenti də çıxışında bu məsələyə toxunaraq bildirdi ki, BMT öz öhdəliklərini yerinə yetirməli, xüsusilə Təhlükəsizlik Şurasında Asiyanın rolu gücləndirilməlidir. Belə müzakirələr həm regionun, həm də ümumilikdə dünyanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Beyin mərkəzlərinin əməkdaşlığı isə ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsinə, regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.

İqtisadi əməkdaşlıq məsələləri də diqqət mərkəzindədir. Azərbaycanın ərazisindən keçən iki mühüm beynəlxalq nəqliyyat dəhlizi - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin imkanlarının artırılması ölkəmiz və region üçün strateji vəzifədir. Bu istiqamətdə Zəngəzur dəhlizinin işə salınması xüsusi önəm kəsb edir və Vaşinqtonda imzalanmış sənədlərin icrası istiqamətində addımlar atılır.

Regionun təhlükəsizliyi də aktual mövzudur. Xarici təhdidlərdən müdafiə üçün ölkələrin bu sahədə birgə əməkdaşlığı vacibdir. Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində, rəqəmsallaşmada və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir. Təbii ki, bir sessiya ilə bütün problemlərin həll olunacağını söyləmək mümkün deyil, lakin bu prosesin davamlılığı region üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev öz müraciətində həm də müstəmləkəçilik qalığına qarşı mübarizənin vacibliyini diqqətə çatdırmışdır.

Ümumilikdə, bu kimi sessiyalar regionda əməkdaşlığın dərinləşməsinə xidmət edir. Burada beyin mərkəzlərinin rolu xüsusilə önəmlidir və onların fəaliyyəti gələcəkdə də davam etdirilməlidir. Azərbaycanın son illərdə ard-arda nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyadakı nüfuzunun və çəkisinin artmasının bariz göstəricisidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri