Azərbaycan AQEM ə səmərəli sədrlik edir İqor Sergeyenko
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir və Belarus müşahidəçi dövlət kimi qurumun fəaliyyətinin genişləndirilməsinə töhfə verməyə hazırdır”.
525.az xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib, dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb: “Hazırda beynəlxalq münasibətlərdə etimad ciddi çatışmazlığa çevrilib, münaqişə potensialı isə əhəmiyyətli dərəcədə artıb. Müharibələr insan tələfatına, ailələrin parçalanmasına, şəhərlərin dağıdılmasına və məcburi köçkünlüyə səbəb olur. AQEM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün çoxtərəfli yanaşmaların hazırlanmasında mühüm rol oynayır. Belarus müşavirənin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarla fəaliyyətinin əlaqələndirilməsini dəstəkləyir. Bu əməkdaşlıq Avrasiyada vahid logistika marşrutlarının, ticarət imkanlarının, sənaye və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər”.
Sergeyenko Belarusun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq olduğunu vurğulayaraq, çoxqütblü dünya nizamına keçidin alternativinin olmadığını bildirib.
Belarus rəsmisi, həmçinin Avrasiya məkanında müxtəliflik və çoxqütblülük haqqında xartiyanın hazırlanması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, sənəd təhlükəsizliyin bölünməzliyi və dövlətlərin məsuliyyəti prinsiplərini təsbit etməli, iqtisadi əməkdaşlığı və bərabərhüquqlu qərar qəbuletmə mexanizmlərini təşviq etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















