Icma.az
close
up
RU
Azərbaycan 21 pillə irəlilədi

Azərbaycan 21 pillə irəlilədi

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Ölkəmiz Milli Kibertəhlükəsizlik İndeksində (NCSI) 21 pillə irəliləyərək 52-ci yerdən 31-ci sıraya yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, "e-Governance Academy"nin hazırladığı beynəlxalq indeks üzrə ölkəmizin göstəricisi 75,83 baldan 83,33 bala çatıb.

NCSI 100-dən çox ölkəni əhatə edir və kibertəhlükəsizlik sahəsindəki ən etibarlı beynəlxalq ölçmə alətlərindən biri hesab olunur. İndeks yalnız texniki imkanları deyil, eyni zamanda hüquqi çərçivəni, idarəetmə qabiliyyətini və milli hazırlıq səviyyəsini qiymətləndirir.

NCSI-nin 12 əsas sahə və 49 indikator üzrə apardığı qiymətləndirmə göstərir ki, Azərbaycan kibertəhlükələrə operativ müdaxilə, milli siyasətin formalaşdırılması, institusional imkanlar və beynəlxalq əməkdaşlıq istiqamətlərində nəzərəçarpan irəliləyiş əldə edib.

Bu uğura Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsində nail olunub. Kibertəhlükəsizliyin, rəqəmsal iqtisadiyyat və elektron idarəetmənin gücləndirilməsinə yönələn strateji qərarlar ölkəmizin beynəlxalq arenada rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

Həmçinin kibertəhlükəsizlik sahəsindəki dövlət investisiyaları, mütəxəssis hazırlığına ayrılan diqqət və kritik informasiya infrastrukturunun qorunmasına yönələn kompleks tədbirlər ölkənin bu sahədəki mövqeyini köklü şəkildə dəyişib. Son illər sahə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, ixtisaslaşmış qurumların yaradılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində ardıcıl addımların atılması da bu uğuru şərtləndirən amillərdəndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see312

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see298

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see280

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see279

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see249

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see225

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see224

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see220

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see191

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see175

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see175

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see174

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see171

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see169

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see167

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see159

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see159

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see153

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri