Icma.az
close
up
RU
Azərbaycan 7ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Azərbaycan 7ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 152 ölkə və beynəlxalq təşkilatdan 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılıb. Yerli və xarici 400 mindən çox peşəkar ziyarətçi, 3800 media işçisi qeydiyyatdan keçib.

Nüfuzlu tədbirdə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Qazaxıstan, Özbəkistan, Malayziya və Serbiya da daxil olmaqla bir neçə ölkənin hökumət başçısının, yüksəkvəzifəli rəsmi şəxslərin qatıldıqları açılış mərasimində Çinin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian çıxış edərək, sərginin Çin xarici ticarətində, xüsusən də xarici məhsulların və xidmətlərin Çin bazarına girişinin təşviqində rolundan danışıb, ölkənin açıqlıq siyasətinin xarici investorlar və istehsalçılar üçün böyük imkanlar yaratdığını deyib. O, Çinin iqtisadi açıqlıq siyasətini davam, biznes mühitini isə yaxşıalşdırmağa davam etməyə sadiq olduğunu diqqətə çatdırıb.

Sərginin ümumi ekspozisiya sahəsi 420 min kvadratmetdir. Bura ərzaq və kənd təsərrüfatı, avtomobil, ağıllı sənaye və informasiya texnologiyaları, istehlak malları, tibbi avadanlıq və sağlamlıq məhsulları, xidmətlər ticarəti, innovsiya və inkubasiya bölmələri daxildir. Sərginin ölkələr bölümündə 77 ölkə və beynəlxalq təşkilatın milli stendi fəaliyyət göstərir.

Çin Beynəlxalq İdxal Sərgisinin daimi iştirakçılarından olan Azərbaycanın sərgidə İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə vahid ölkə stendi fəaliyyət göstərir. Stenddə ölkəmizin turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə qazanılan nailiyyətləri, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri, sənaye parkları, aqroparklar Ələt AİZ, işğaldan azad edilmiş ərazilərin investisiya imkanları haqqında materiallar nümayiş olunur.

Stenddə, həmçinin “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi, konservlər nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard dollar dəyərində müqavilə və sazişlər imzalanıb. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Təxminən 400 milyon nəfər orta təbəqəsi olan Çin yerli və xarici şirkətlər üçün böyük və perpsektivli bazardır. Bu bazar daha keyfiyyətli və geniş çeşiddə məhsullara və xidmətlərə, başqa sözlə, idxala ehtiyacı artırıb. Şanxay sərgisi də Çinin bu idxal tələbatının reallaşmasına xidmət edir.

Çin hazırda dünyada ən böyük 2-ci idxalçıdır. Cari ilin 9 ayında Çinin idxalı 4,1 faiz artaraq 13,71 trilyon yuana (1,92 trilyon dollar) çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri