Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pekin, 13 oktyabr, AZƏRTAC
Tailand İpəyi və Mədəniyyətinin Təbliği Assosasiyasının təşkilatçılığı ilə Banqkokda “Global Thai Silk 2026” beynəlxalq sərgisi açılıb.
Ölkəmizin Tailanddakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan bu beynəlxalq mədəniyyət layihəsində dizayner Nübar Hüseynova tərəfindən xüsusi olaraq hazırlanmış milli geyim nümunəsi ilə təmsil olunur. Təqdim olunan geyim Azərbaycanın zəngin mədəni irsindən və milli geyim ənənələrindən ilhamlanaraq hazırlanıb, Azərbaycan milli parçaları ilə ənənəvi Tailand ipəyini özündə birləşdirib.
Azərbaycanın sərgidə iştirakı milli mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, Azərbaycan və Tailand arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də mədəniyyət, incəsənət və dizayn sahələrində əməkdaşlığın inkişafına töhfə verir.
Sərgi oktyabrın 18-dək davam edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















