Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan ada dövlətlərinə kömək etməyi özü üçün mənəvi borc hesab edir

Azərbaycan ada dövlətlərinə kömək etməyi özü üçün mənəvi borc hesab edir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dünya üçün əhəmiyyətli cəhətlərindən biri də məhz qlobal iqlim dəyişmələrinin ağır fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ada dövlətlərinin problemlərinin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi və onlara praktik kömək göstərilməsidir. Ötən gün COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də elə bu məqsədə xidmət edirdi.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb və həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması da COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir:

Dövlətimizin başçısı COP29 kimi mötəbər bir tədbirin yüksək kürsüsündən bəyan etdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkəçilik keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Ancaq gəlin görək özlərini dünya gücü, super dövlət hesab edən həmin ölkələr bu gün kiçik ada dövlətlərinə, inkişaf etməkdə olan ölkələrə lazımi səviyyədə dəstək verirmi? Təəssüf ki, biz bu dəstəyi görmürük".

Qlobal iqlim dəyişmələrinin baş verməsində və hava çirklənməsində əsas günahkar olan böyük dövlətlərdən fərqli olaraq Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Bunu Cənab Prezident də Sammitdəki çıxışında vurğuladı: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

"Ada dövlətlərinə kömək məsələsində böyük dövlətlər Azərbaycandan nümunə götürməlidirlər. Sözsüz ki, iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Ada dövlətlərinin gələcək varlığı bütövlükdə təhlükə altındadır. Ancaq bu, vaxtilə həmin əraziləri öz müstəmləkələri kimi istismar etmiş və bu gün də neokolonializm siyasətini davam etdirən bəzi Qərb ölkələrini (xüsusən də Fransa və Niderlandı) əsla narahat etmir. Bu gün Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası “dənizaşırı ərazilər”i iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Əlbəttə, həmin ərazilərdə yaşayan yerli icmalar bütün bunlara öz etirazlarını bildirirlər. Ancaq rəsmi Paris, rəsmi Amsterdam isə o icmaların etiraz səsini eşitmək əvəzinə, onların haqq səsini susdurmağa üstünlük verir. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur" - Ə. Hüseynov deyib.

O, qeyd edib ki, dövlətimizin başçısı COP29 kürsüsündən Fransanın neokolonializm siyasətini növbəti dəfə sərt şəkildə qınadı və keçmiş Fransa, Niderland müstəmləkələrinin xalqlarının bu gün də sözügedən ölkələrin müstəmləkəçilik siyasətini davam etdirməsindən əziyyət çəkdiklərini dünya birliyinin diqqətinə çatdırdı: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

Azərbaycan Prezidenti həmçinin Fransanın apardığı nüvə sınaqlarının da qlobal iqlim dəyişmələrinin baş verməsində ağır mənfi rol oynadığını və bunun ada dövlətlərində ətraf mühitin pozulmasına səbəb olduğunu Sammit iştirakçılarının nəzərinə çatdırdı. Belə ki, qeyd olundu ki, “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa bu bölgədə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.

İlham Əliyevin çıxışında Fransanın ada dövlətlərinə qarşı qeyri-humanist siyasəti də ciddi tənqid hədəfinə çevrildi. Belə ki, Cənab Prezident bildirdi ki, Fransanın dırnaqarası “dəniz əraziləri”ndə törətdiyi cinayətlər siyahısı, rejimin bu yaxınlarda yol verdiyi insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Azərbaycan lideri həmçinin Makronu Fransadakı bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırdı: “Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır”.

Prezident ifşaedici açıqlamalarında Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelə də yer ayırdı və bildirdi ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumlar bizim işlərimizə qarışmamalıdırlar: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

Dövlətimizin başçısı neokolonialist dövlətlərin və Avropa Parlamenti, AŞPA kimi qurumların ədalətsiz siyasəti davam etdirmələrinə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri olduğu dönəmdə kiçik ada dövlətlərinə dəstək verdiyi kimi, COP29-un sədri kimi də onları dəstəkləyəcəyini və gələcəkdə də dostlarımızı dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Çünki Azərbaycan ada dövlətlərinə kömək etməyi özü üçün mənəvi borc hesab edir. Bu istiqamətdə həmrəylik göstərmək əslində bütün dünya birliyinin mənəvi borcudur. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı birgə mübarizə aparmaq üçün indi hamının həmrəyliyinə ehtiyac var.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri