Icma.az
close
up
RU
Energetika nazirinin müavini ADIPEC 2025 tədbirində iştirak edib

Energetika nazirinin müavini ADIPEC 2025 tədbirində iştirak edib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Energetika nazirinin müavini Orxan Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib. 

XQ xəbər verir ki, nazir müavini “Enerjinin gələcəyi: pozitivlik, praqmatizm və siyasətlər” adlı nazirlər panelində və “Şaxələndirmə yolu ilə enerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi” adlı nazirlərin dəyirmi masasında çıxış edib. Nazir müavini ədalətli enerji keçidi prosesində ənənəvi enerji mənbələrinin balanslaşdırıcı rolu və Azərbaycanın “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, enerji saxlama texnologiyalarının geniş tətbiqinin və elektrik şəbəkəsinin modernləşdirilməsinin bərpa olunan enerjinin sürətli inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, enerji keçidinin uğurlu həyata keçirilməsi regional enerji inteqrasiyasından da asılıdır. Bu məqsədlə ölkəmiz Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən “yaşıl enerji dəhlizi” və interkonnektor layihələrini reallaşdırır. Sözügedən layihələr təkcə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ixracına deyil, həm də şəbəkələrin sinxronizasiyasına və regionda enerji dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə təşkil olunan ADIPEC 2025 tədbiri 10 konfrans və 380 sessiyadan ibarət olmaqla enerji sisteminin formalaşdırılması, yeni texnologiyaların tətbiqi, təmiz enerji sahəsinə sərmayələrin qoyulması, təmiz və təhlükəsiz enerji gələcəyinə keçidin sürətləndirilməsi kimi mövzulara dair müzakirələrə həsr olunub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri