Azərbaycan “AGF Trophy”də daha iki medal əldə edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı 5 aprel, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan təmsilçisi Fidan Qurbanlı top proqramında gümüş, Gövhər İbrahimova isə halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.
Daha əvvəl Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.
15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.
Müxbir - Cavid Əliyev
Foto - İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:AGF Trophy də növbəti medal
30 Mart 2025 14:56
Azərbaycan gimnastları “AGF Trophy”də gümüş medal qazanıblar
04 Aprel 2026 18:23
AGF Trophy : Azərbaycan gimnastları daha dörd medal qazanıblar
30 Mart 2025 19:43
Zeynalovanın AGF Trophy də gümüş” lenti
30 Mart 2025 17:43
Azərbaycan gimnastı: “AGF Trophy”də əsas rəqibim elə özüməm
03 Aprel 2026 16:28
Baxış sayı:110
Bu xəbər 05 Aprel 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















