Icma.az
close
up
RU
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında 2024 cü ilin yekunlarına dair yığıncaq keçirildi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında 2024 cü ilin yekunlarına dair yığıncaq keçirildi

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) 2024-cü ilin yekunlarına dair ümumi yığıncaq keçirilib.

Fanat.Az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin çıxışı ilə başlayan toplantıda yığma komandaların məşqçiləri ilə yanaşı, paytaxtın müxtəlif klub və cəmiyyətlərində, eləcə də regionlarda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Ümumi yığıncaqda ilk olaraq ötən ilin maliyyə hesabatı dinlənilib. AAF-ın baş katibi Rizvan Rəsulov il ərzində keçirilən yarışlar, təlim-məşq toplanışları və digər tədbirlərin təşkili üçün xərclənən vəsaitlə bağlı toplantı iştirakçılarına məlumat verib.

Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov 2024-cü ildə əldə edilmiş nəticələr haqqında danışıb.

Atletlərimizin dünya və Avropa miqyaslı yarışlarda uğurla iştirak etdiyini bildirən F.Umudov, idmançıların nəticələrindəki inkişaf dinamikasına diqqət çəkib.

2024-cü ildə mükafatçılar siyahısına düşmüş atletlərdən ikisinin İslam Həmrəyliyi Oyunlarında da bayrağımızı dalğalandırması vurğulanıb. F.Umudov bildirib ki, Ər-Riyad şəhərində keçirilən yarışda rekord sayda – 11 medalın qazanılması, federasiyanın fəaliyyətinin adekvat göstəricisidir.

Ümumilikdə isə hesabat ilində milli yığma komandaların idmançıları tərəfindən ümumilikdə 38 medal əldə edilib ki, onlardan da 13-ü qızıl, 14-ü gümüş və 11-i bürünc mükafat olub. Beynəlxalq əlaqələrin qurulması istiqamətində atılan addımlardan danışan vitse-prezident, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Firdovsi Umudov 2024-cü ildə Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin iclasında Azərbaycan idmanı üçün tarixi qərarın qəbul edildiyini xatırladıb. O bildirib ki, hesabat ilində ölkəmiz Avropa Ağırlıqqaldırma Mərkəzi statusuna sahib oldu və Mərkəzin ilk tədbiri – Beynəlxalq Məşqçi Vebinarı bu il uğurla təşkil edildi.

Hesabatlar təqdim edildikdən sonra AAF prezidenti Kamran Nəbizadə yekun nitqi ilə çıxış edib. Əldə edilmiş nailiyyətlərə əsasən 2024-cü ili uğurlu adlandıran federasiya rəhbəri qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün daha çox səy göstərilməlidir. O bildirib ki, ağırlıqqaldırma növünün və ümumilikdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Gənclər və İdman Nazirliyi tərəfindən yığma komandalarımızın yarışlara hazırlığı və turnirlərdə iştirakına hər cür dəstək verilir. Bundan sonra əsas məqsəd idmançıların inkişafına nail olmaq və qarşıdan gələn Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.

Ümumi yığıncağın gündəliyində olan digər məsələ AAF-ın yeni Nizamnaməsinin təsdiqi olub. Nizamnamə açıq səsvermə yolu ilə, yekdilliklə qəbul edilib. Toplantının sonunda məşqçilərin təklifləri dinlənilib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Noyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri