Icma.az
close
up
RU
Azərbaycan Atçılıq Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Azərbaycan Atçılıq Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiyanın rəhbəri Elçin Quliyev gənc nəslin sağlam ruhda yetişdirilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.

Sonra ARAF-ın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub.

Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilib:

İlin Ədalətli Yarış Hakimi – Tahirov Zaur Aydın oğlu;

Cıdır üzrə İlin Jokeyi – Nəzərov Hilal Mehman oğlu;

Cıdır üzrə İlin Qarabağ atının yetişdirici Klubu – Buta Qolden Atçılıq Klubu;

Cıdır üzrə İlin Dilbaz atının yetişdirici Klubu – Xan-Xan Atçılıq Klubu;

Çövkən üzrə İlin Klubu – Sərhədçi Çövkən Komandası;

Çövkən üzrə İlin Oyunçusu – Primov Samir Soltan oğlu;

Konkur üzrə İlin İdmançısı – Musayev Seyid Yaqub oğlu;

Konkur üzrə İlin Gənc İdmançısı – Mirzəyeva Leyla Elxan qızı;

Konkur üzrə İlin Xanım İdmançısı – Ağayeva Aydan Aydın qızı;

Konkur üzrə İlin Məşqçisi – Musayev Seyid Yaqub oğlu;

Konkur üzrə İlin Klubu – Elit Atçılıq İdman Klubu;

Gənclər arasında Konkur üzrə İlin Klubu – Respublika Atçılıq Məktəbi;

Yorğa atçılığı üzrə İlin At sahibi – Cabarov Elmətdin Nazim oğlu;

Yorğa atçılığı üzrə İlin Çaparı – Allahverdiyev Xəlil Elman oğlu;

Dresaj üzrə İlin İdmançısı – Əlibəyov Aydın Alavəddin oğlu;

İlin Baytar Həkimi – Musayev Məhəmməd Yaqub oğlu;

İlin İdman Kanalı – CBC SPORT telekanalı;

İlin Şərhçisi – Mirzəzadə Ramiz Rasim oğlu;

Çövkən üzrə ilin ən baxımlı qolunun sahibi – Əliyev Rusif Nazim oğlu;

Dresaj üzrə İlin Xanım İdmançıları – Zəhrabəyova Aqata Eduard qızı və Zəhrabəyova Karina Eduard qızı.

Mükafatlandırma mərasimindən sonra Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Atçılıq Federasiyasının 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirib, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanıb, növbəti ilin planları müzakirə olunub və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilib.

Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə ediblər.

Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-ın yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, Emil Seyidov ARAF-ın yeni baş katibi seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri