Icma.az
close
up
RU
Kung Fu Federasiyasında 2025 ci ilin yekunlarına dair iclas keçirildi Fotolar

Kung Fu Federasiyasında 2025 ci ilin yekunlarına dair iclas keçirildi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş iclas baş tutub.

“Qafqazinfo” xəbər verir ki, iclasdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra federasiyanın prezidenti Nurlan Aslanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə Kung-Fu ailəsi adından təbrik edib. O, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti yüksək qiymətləndirərək, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğını vurğulayıb.

Çıxışında federasiyanın qarşısında duran məqsəd və hədəflərdən danışan Nurlan Aslanov, eyni zamanda Azərbaycan xalqını və iclas iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib və iclası açıq elan edib.

Ardınca federasiyanın I vitse-prezidenti Babək Əliyev 2025-ci ilin yekunları ilə bağlı hesabat xarakterli çıxış edib. O, may ayında İtaliyanın Peruca (Perugia) şəhərində keçirilmiş Kung-Fu üzrə dünya çempionatında əldə olunan uğurlu nəticələrə xüsusi toxunub: 

“Dünya çempionatında 5-i yeniyetmə, 2-si böyüklər olmaqla ümumilikdə 7 idmançı ilə iştirak etdik. Yarışda Azərbaycan yığması 5 qızıl və 2 gümüş medal qazandı. İştirakçılar arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəvəsi Əminə Əliyeva da yer alırdı. 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mərhələsindən yarışa start verərək ilk döyüşündə italiyalı rəqibini məğlub etdi. Finalda isə ispaniyalı idmançı üzərində qələbə qazanaraq dünya çempionu adına yiyələndi. Yarış zamanı Əminə Əliyevanı dəstəkləyənlər arasında Leyla Əliyeva və Arzu Əliyeva da yer alırdı.”

Daha sonra Ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov Gənclər və İdman Nazirliyi tərəfindən ölkədə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan danışıb, idmana göstərilən yüksək diqqət və dəstəyi xüsusi qeyd edib. O, həmçinin 2026-cı ildə Bakının İdman Paytaxtı elan olunmasını ölkə idmanı üçün ciddi hadisə olduğunu vurğulayıb.

Ehram Məcidov bildirib ki, ölkə daxilində yeniyetmə və gənclərin Kung-Fu idman növünə cəlb olunması üçün daha geniş tədbirlər həyata keçiriləcək. Yeni təyin olunmuş komanda ilə birlikdə qarşıdakı ildə daha mötəbər yarış və tədbirlərin təşkili planlaşdırılır. Eyni zamanda Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Kung-Fu idmançılarının sayının artırılması əsas hədəflərdəndir.

İclas zamanı diqqətçəkən məqamlardan biri də federasiyaya yeni təyin olunmuş Beynəlxalq Hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Arhd.az saytının rəhbəri İsmayıl Zalovun çıxışı olub. Çıxışı zamanı İsmayıl Zalov bildirib ki, Azərbaycan Kung-Fu Federasiyasının inkişafı, eləcə də beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi istiqamətində üzərinə düşən bütün vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək. O, dünya üzrə beynəlxalq idman qurumları ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

İclasın davamında federasiyanın prezidenti Nurlan Aslanov yeni təyin olunmuş əməkdaşlara federasiya vəsiqələrini təqdim edib, onlara bayram hədiyyələri verib.

Tədbirdə federasiya əməkdaşları, məşqçi-müəllimlər, hakim heyəti və yığma komandanın idmançıları Fəxri Fərmanlar və Yeni il hədiyyələri ilə təltif olunublar.
Federasiyanın rəhbər və vəzifəli şəxsləri:

1. Nurlan Aslanov - Federasiyanın Prezidenti
2. Babək Əliyev - I Vitse-Prezident
3. Ehram Məcidov - Ümumi işlər üzrə Vitse-Prezident
4. Nurlana Ağakişiyeva - Federasiyanın Katibi
5. Güloğlan Cabbarlı Məhərrəm oğlu - Hakimlər Kollegiyasının rəhbəri (yeni təyinat)
6. Gündüz Məmmədov Qulam oğlu - Milli yığma komandalarının rəisi (yeni təyinat)
7. Samir Sarızadə - Federasiyanın Mətbuat Katibi (yeni təyinat)
8. Fərid Məcidov - İctimai Əlaqələr şöbəsinin rəhbəri (yeni təyinat)
9. Ramil Allahverdiyev - Böyüklərdən ibarət Milli Komandanın Baş Məşqçisi
10. Çingiz Eyvazov - Gənclərdən ibarət Milli Komandanın Baş Məşqçisi (yeni təyinat)
11. Ellər Orucov - Yeniyetmə və kadetlərdən ibarət Milli Komandanın Baş Məşqçisi
12. Seymur Əliyev - Qızlardan ibarət Milli Komandanın Baş Məşqçisi (yeni təyinat)
13. Nəriman Cavadzadə - Federasiya tədbirlərinin təşkilatçı rəhbəri
14. Anar Hüseynov - Daxili Təhlükəsizlik şöbəsinin rəisi (yeni təyinat)
15. Ehtimad Hüseynov - Aran Regional Kung-Fu bölməsinin sədri (yeni təyinat)
16. Asif Əliyev - Kung-Fu Azarkeşlər Birliyinin sədri (yeni təyinat)

Eyni zamanda Kung-Fu Federasiyasına daim media dəstəyi göstərən İdman Azərbaycan Televiziyasının əməkdaşları Rəşad Nərimanoğlu və Şöhrət Hüseyn Fəxri Fərmanla mükafatlandırılıb.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri