Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası olub.

AZƏRTAC xəbər verir ki, toplantının gündəliyinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi Vaşinqton görüşünün tarixi əhəmiyyəti, imzalanmış Birgə Bəyannamənin müzakirəsi, Azərbaycan Ağsaqqallar Şurasının mövqeyi və çağırışları kimi məsələlər daxil edilib.

İclasda şuranın sədri Eldar Quliyev, sədrin I müavini Əhliman Əmiraslanov, sədr müavinləri - Eldar İbrahimov, Vahid Novruzov, Bayram Yusifov, həmçinin İdarə Heyətinin üzvləri – Şeyxülislam Allahşükür Paşazadə, İsa Həbibbəyli, Ziyad Səmədzadə, Misir Mərdanov, Vaqif Şadlinski, Arif Hümbətov, Vaqif Məhərrəmov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən diplomatik uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib, ölkənin regionda aparıcı rolunu təsdiqləyib. Bildirilib ki, Vaşinqton görüşü yalnız Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

İclasda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul edilib. Bəyanatda vurğulanıb ki, cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri tarixi əhəmiyyətli nailiyyət kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək diplomatik strategiyası nəticəsində imzalanmış Birgə Bəyannamə regionda sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir.

Sənəddə qeyd edilib ki, sülh və dövlətlərarası münasibətlərin təsisi haqqında Sazişin paraflanması dövlətçiliyimizin böyük diplomatik uğuru, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün tarixi addım hesab olunur. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapanmasını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul olunmasını nümayiş etdirir. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün və mehriban qonşuluq münasibətlərinin bərpası üçün dönüş nöqtəsi olan bu tarixi sənəd gələcək nəsillər üçün parlaq perspektivlər açır.

Azərbaycan Ağsaqqallar Şurası xalqı milli həmrəyliyi daha da gücləndirməyə, dövlətimizin başçısının ətrafında sıx birləşərək onun həyata keçirdiyi sülh və inkişaf siyasətinə daim dəstək olmağa çağırıb. Eyni zamanda, dost və qardaş xalqlar, eləcə də beynəlxalq təşkilatlar və dövlətlər sülh və sabitlik yolunda əməkdaşlığa dəvət olunub.

Bəyanatın sonunda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin tarixi diplomatik zəfərinin regionda sülhün və sabitliyin zəmanəti olduğu bir daha vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri