Azərbaycan Aİ ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına mümkün dəstəyi müzakirə edib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Avropa İfttifaqı (Aİ) ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyini müzakirə edib.
525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Brüsseldə Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak etdik. Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.
R.Nəbiyev həmçinin hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi apardığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















