Icma.az
close
up
RU
Azərbaycan Aİ münasibətlərində anlaşma və davamlı yüksəliş

Azərbaycan Aİ münasibətlərində anlaşma və davamlı yüksəliş

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya ilə çoxtərəfli əməkdaşlıq isə ön mövqeyə çıxıb

Avropa ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi xəritədə Azərbaycan–İtaliya münasibətləri geniş strateji kontekstdə qiymətləndirilməlidir. İkitərəfli münasibətlər enerji təhlükəsizliyi, siyasi dialoq və geoiqtisadi maraqların kəsişdiyi çoxsəviyyəli modelə çevrilib.

İtaliya bu gün Avropa İttifaqı daxilində Azərbaycan üçün ən etibarlı və praqmatik tərəfdaşlardan biri kimi çıxış edir. Roma–Bakı xəttində formalaşan münasibətlər konkret maraqların kəsişməsi üzərində qurulub. Məhz bu amil tərəflər arasında əlaqələri daha dayanıqlı və uzunmüddətli edir. Çünki ideoloji dalğalanmaların tez-tez müşahidə olunduğu müasir beynəlxalq münasibətlər sistemində rasional maraqlara əsaslanan tərəfdaşlıqlar daha çevik və davamlı olur.

İtaliyanın yanaşması xüsusilə diqqətəlayiqdir: Roma Azərbaycanla münasibətlərdə funksional əməkdaşlığa üstünlük verir. Praqmatik tərəfdaşlığın ən aydın təzahürü enerji sahəsində özünü göstərir. Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Azərbaycan–İtaliya münasibətlərini strateji müstəviyə yüksəldib. TAP vasitəsilə Azərbaycan qazının birbaşa İtaliya bazarına daxil olması Romaya enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından mühüm üstünlüklər qazandırır. Xüsusilə son illərdə Avropanın enerji xəritəsində baş verən dəyişikliklər fonunda bu əməkdaşlıq daha da aktuallaşıb.

2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan–İtaliya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. İmzalanan çoxsaylı sənədlər, xüsusilə “çoxölçülü strateji tərəfdaşlıq” anlayışının ön plana çıxarılması göstərirdi ki, Bakı və Roma əməkdaşlığı epizodik layihələr səviyyəsindən çıxarıb sistemli və institusional müstəviyə keçirmək niyyətindədir. Səfər çərçivəsində verilən siyasi mesajlar da diqqətəlayiq idi. Hər iki tərəf açıq şəkildə nümayiş etdirdi ki, münasibətlər sənaye, müdafiə, logistika və humanitar sahələrdə də genişlənəcək. Başqa sözlə, 2020-ci il səfəri Azərbaycan–İtaliya əlaqələrini taktiki əməkdaşlıqdan çıxarıb strateji planlaşdırma səviyyəsinə yüksəltdi.

Sonrakı dövrdə Ciorcia Meloni hökumətinin Azərbaycanla dialoqu ardıcıl şəkildə davam etdirməsi bu xəttin davamlı xarakter daşıdığını göstərdi. İtaliya siyasətində hökumət dəyişikliklərinin tez-tez baş verdiyi nəzərə alınsa, bu davamlılıq xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Meloni hökumətinin praqmatik xarici siyasət kursu Azərbaycanla münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır. Son illər müşahidə olunan dinamika təsdiqləyir ki, Azərbaycan–İtaliya münasibətləri artıq fərdi diplomatik təşəbbüslərdən kənara çıxaraq institusional və strateji sabitlik qazanıb.

Meloninin Azərbaycana budəfəki səfəri bu kontekstdə çoxqatlı geosiyasi mesajların daşıyıcısı kimi oxunmalıdır. Müasir beynəlxalq münasibətlər sistemində liderlərin xüsusilə də Cənubi Qafqaz kimi həssas regionda ardıcıl səfərlər müəyyən strateji niyyətlərin göstəricisinə çevrilir. Roma açıq şəkildə tərəf tutan aktor kimi çıxış etməkdən çəkinərək, daha çox vasitəçi və ya “tarazlaşdırıcı tərəfdaş” rolunu ön plana çıxarmağa çalışır. Çünki Cənubi Qafqazda kəskin tərəfkeşlik siyasəti uzunmüddətli perspektivdə iqtisadi və enerji layihələri üçün risklər yarada bilər. Buna görə də İtaliya daha çevik və inklüziv diplomatiya yürütməyə üstünlük verir.

Bununla belə, balans siyasəti formal neytrallıq da demək deyil. Faktiki reallıq göstərir ki, İtaliyanın Azərbaycanla əməkdaşlığı daha dərin və strukturlaşdırılmış xarakter daşıyır. Enerji sahəsində formalaşmış qarşılıqlı asılılıq, nəqliyyat və logistika imkanları, eləcə də investisiya perspektivləri Bakı ilə əlaqələri Romaya daha konkret və ölçülə bilən dividendlər vəd edən istiqamətə çevirir. Digər tərəfdən, Meloninin bu səfəri İtaliyanın Cənubi Qafqazda rolunu genişləndirmək niyyətinin də göstəricisidir. Roma, eyni zamanda, siyasi dialoqun aktiv iştirakçısı kimi mövqeyini gücləndirməyə çalışır. Bu kontekstdə Prezident İlham Əliyevin mətbuat üçün bəyanatında dedikləri Meloninin səfərinin yüksək siyasi və simvolik məna daşıdığını daha aydın şəkildə ortaya qoyur. Prezidentin vurğuladığı kimi, İtaliya Nazirlər Şurasının sədrinin İrəvanda keçirilən tədbirdən sonra birbaşa Azərbaycana səfər etməsi iki ölkə münasibətlərində xüsusi etimad və hörmət mühitinin göstəricisi kimi qiymətləndirilir.

Dövlət başçısının sözləri həm də regional diplomatiyanın incə balansına işarə edir. Eyni səfər çərçivəsində Cənubi Qafqazın iki fərqli siyasi mərkəzinə baş çəkmək siyasi mesaj xarakteri daşıyır. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq qeyd edir ki, bu ardıcıllıq Azərbaycanın İtaliya tərəfindən nə qədər yüksək səviyyədə qəbul olunduğunu və ikitərəfli münasibətlərin dərinliyini nümayiş etdirir. İtaliya Azərbaycanın regiondakı rolunu və strateji əhəmiyyətini nəzərə alan Avropa İttifaqı üzv dövlətlərindən biridir. Meloninin səfər trayektoriyası isə bu yanaşmanın praktik təzahürü kimi çıxış edir.

Roma ilə qurulan dialoq Bakıya Aİ daxilində daha balanslı mövqe formalaşdırmağa imkan verir. Çünki İtaliya Avropa siyasətində daha çox real sektor maraqlarına – enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və sənaye əlaqələrinə – üstünlük verən ölkələrdən biridir. Bütün bunlar isə Azərbaycanla əməkdaşlığın ideoloji müstəvidən daha çox funksional və qarşılıqlı fayda əsaslı platformada inkişafına şərait yaradır. Roma Aİ daxilində Azərbaycanla əməkdaşlığın davamlılığını dəstəkləyən, bəzən isə bu əməkdaşlığın lehinə mövqe formalaşdıran aktor kimi çıxış edir. Bunlar xüsusilə enerji təhlükəsizliyi məsələlərində və Cənub Qaz Dəhlizinin əhəmiyyətinin vurğulanmasında özünü aydın şəkildə göstərir. Beləliklə, İtaliya müəyyən mənada Azərbaycanın Aİ daxilində “səs daşıyıcısı” funksiyasını yerinə yetirərək Bakı üçün əlavə diplomatik üstünlük yaradır.

Eyni zamanda, bu dinamika Azərbaycan üçün daha geniş strateji nəticələr doğurur. İtaliya vasitəsilə qurulan əlaqələr yeni əməkdaşlıq formatlarına zəmin yaradır. Bu ilin yanvarında hökumətlərarası komissiyanın iclasının keçirilməsi Azərbaycan–İtaliya institusional və idarəolunan əməkdaşlıq modelinə keçdiyini göstərir. Komissiya çərçivəsində müzakirə olunan məsələlərin spektri – enerji və sənayedən tutmuş nəqliyyat, təhsil və mədəniyyət sahələrinə qədər – əməkdaşlığın çoxşaxəli xarakter aldığını nümayiş etdirir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu platforma siyasi razılaşmaları konkret layihələrə çevirən icra mexanizmi rolunu oynayır. Yəni tərəflər arasında əldə olunan anlaşmalar real iqtisadi və sosial nəticələr doğuran təşəbbüslərə transformasiya olunur.

Ümumilikdə, Azərbaycan–İtaliya münasibətləri bu gün Avropa ilə əməkdaşlığın ən funksional və uğurlu nümunələrindən biri kimi çıxış edir. Belə bir modelin dayanıqlılığı onun üç əsas dayağı ilə izah olunur: qarşılıqlı asılılıq, praqmatizm və strateji uyğunluq. Enerji əməkdaşlığı qarşılıqlı asılılığı dərinləşdirir, siyasi dialoq praqmatik xarakter daşıyır, geosiyasi maraqlar isə böyük ölçüdə üst-üstə düşür. Bu üç element birlikdə münasibətləri həm sabit, həm də inkişafyönümlü edir.

Sonda onu da qeyd edək ki, C.Meloninin Azərbaycana səfəri bu modelin davamlı və perspektivli olduğunu təsdiqləyən mühüm siyasi siqnaldır. Əgər bu tendensiya davam edərsə, Bakı–Roma xətti yaxın perspektivdə Aİ–Azərbaycan əlaqələrinin ümumi arxitekturasını formalaşdıran əsas istiqamətlərdən birinə çevrilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri