Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Azərbaycan aliminin dünya şöhrəti

Azərbaycan aliminin dünya şöhrəti

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Əmirulla Məmmədov – 80

Türk dünyasının elm və düşüncə məkanında özünəməxsus iz qoyan, ömrünü elmi axtarışlara, vətənə və milli dəyərlərə xidmətə həsr edən görkəmli alim Əmirulla Məmmədəli oğlu Məmmədovun 80 illik yubileyinin Bakı Dövlət Universitetində qeyd olunması xüsusi məna daşıyır.

Bu, sadəcə, tanınmış alimin yubileyinin təntənəli şəkildə keçirilməsi deyil, həm də onunla həyat və yaradıcılıq telləri ilə bağlı olduğu doğma universitetin yetirməsinə, elmə həsr edilmiş zəngin ömür yoluna, beynəlxalq miqyasda qazandığı nüfuza ehtiramın ifadəsidir. BDU-nun bu yubileyə ev sahibliyi etməsi, əslində, universitetin öz elmi ənənələrinə, yetirdiyi şəxsiyyətlərə və Azərbaycan elminin dünyadakı nüfuzuna verdiyi dəyərin rəmzidir.

1946-cı ildə Bakının Fatmayı kəndində dünyaya göz açmış Əmirulla Məmmədovun uşaqlıq və gənclik illəri elmə, biliyə və düşüncəyə marağın formalaşdığı bir mühitdə keçib. Bakı Dövlət Universitetinin fizika fakültəsində aldığı təhsil isə onun gələcək elmi fəaliyyətinin möhkəm və uğurlu təməlini yaradıb. 1968-ci ildə ali məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan sonra birdəfəlik elmi fəaliyyətə qayıdaraq sistemli axtarışlara başlayıb.

Məzunu olduğu ali məktəbdə kiçik elmi işçi kimi ilk addımlarını atdığı bu yol illər keçdikcə ardıcıl axtarışlar, fundamental araşdırmalar və elmi nailiyyətlərlə zənginləşib. Beynəlxalq elmi mühitdə qazandığı nüfuz, nəşr etdirdiyi əsərlər və professor zirvəsinə yüksəlişi onun elmə sədaqətinin nəticəsidir. Onun ömür yolu istedadın zəhmətlə, biliyin isə vətəndaşlıq məsuliyyəti ilə tamamlandığı bir alim taleyidir.

Amerika, Yaponiya, İtaliyada keçən axtarışlar

Əmirulla Məmmədovun elmi yolu Bakıdan başlayaraq Sankt-Peterburq, Riqa, ABŞ, Yaponiya, İtaliya və Türkiyəyə qədər uzanan geniş bir coğrafiyanı əhatə edir. Bu yolun hər dayanacağı onun elmi təcrübəsini zənginləşdirməklə yanaşı, bir azərbaycanlı alimin beynəlxalq elmi məkandakı imkanlarını da nümayiş etdirir.

Əmirulla Məmmədovun elmi fəaliyyəti ötən əsrin 70-ci illərindən beynəlxalq miqyasda genişlənməyə başladı. 1973-cü ildə İoffe adına Fizika-Texnika İnstitutunda bərk cisimlər fizikası üzrə namizədlik dissertasiyasını müdafiə etdi. 1986-cı ildə Latviya Dövlət Universiteti nəzdində doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsi aldı.

Bununla o, SSRİ məkanında optika sahəsində elmi dərəcəyə yüksələn ilk azərbaycanlı alim kimi fərqləndi. Onun elmi maraqları, bilik və təcrübəsi 1970-ci illərdə SSRİ Hərbi-Sənaye Məsələləri üzrə Komissiyasında elmi ekspert kimi fəaliyyət göstərməsinə imkan yaratdı. 1988-ci ildə Dövlət mükafatına layiq görülməsi isə elmi xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisi idi.

1978-ci ildən başlayaraq onun elmi fəaliyyəti beynəlxalq miqyas qazandı. SSRİ-nin rəsmi icazəsi ilə ABŞ-ın nüfuzlu elmi mərkəzlərində tədqiqatlar apardı. Burada o, təkcə qonaq alim deyil, həm də yeni ideyaların daşıyıcısı kimi qarşılandı. Kaliforniya Texnologiya İnstitutu, Stenford Universiteti və digər nüfuzlu mərkəzlərdə apardığı tədqiqatlar onun elmi düşüncəsinin coğrafi genişliyinin təsdiqi idi. Laboratoriyalarda yaşanan günlər, müzakirələrlə dolu elmi mühit və daim yenilənən texnologiyalar onun baxışlarını daha da dərinləşdirdi. O, artıq yalnız bir ölkənin deyil, beynəlxalq elmin nümayəndəsi idi.

1980-ci ildə isə taleyin növbəti dayanacağı Yaponiya oldu. Bu dəfə o, Şərqin texnoloji möcüzəsinin mərkəzinə qədəm qoydu. Nippon Elektrik Şirkəti (NEC), Sumitomo Electric – Sumitomo Elektrik Sənaye Şirkəti, Tsukuba elmi şəhərinin müasir laboratoriyalarında apardığı tədqiqatlar onun elmi yaradıcılığına yeni çalarlar qatdı. Lakin bu uğurlu beynəlxalq fəaliyyətə baxmayaraq, yenidən vətənə – SSRİ-yə qayıtdı.

1986-cı ildə elmlər doktoru dərəcəsi aldı. Ardınca, 1988-ci ildə layiq görüldüyü Dövlət mükafatı onun elmi nüfuzunun dövlət səviyyəsində qəbulunun parlaq sübutuna çevrildi. Amma onun elm yolu davam edirdi, yenidən xaricə – bu dəfə İtaliyaya dəvət aldı. 1989-cu ildən Sapienza Universitetinin auditoriyalarında, Fraskati şəhərinin elmi mərkəzlərində çalışdı. Burada o, təkcə tədqiqatçı deyil, həm də biliklərini paylaşan, yeni nəsil alimləri ruhlandıran müəllim idi.

1990-cı ildə Türkiyəyə köçməsi isə həyatında yeni və mühüm mərhələnin başlanğıcı oldu. Adanada Çukurova Universitetində fizika və mühəndislik fakültələrində pedaqoji fəaliyyət göstərən Əmirulla Məmmədov elmi biliklərini gənc nəslə ötürməklə yanaşı, tətbiqi tədqiqatlarını da davam etdirdi. ASELSAN-da elmi məsləhətçi kimi çalışması onun elmi potensialının müdafiə sənayesində tətbiqinə şərait yaratdı.

Türkiyənin hərbi təhsil müəssisələrində və akademiyalarında mühazirələr oxuması da bu fəaliyyətin mühüm istiqamətlərindən idi. 2011-ci ildə təqaüdə çıxdıqdan sonra da elmlə əlaqəsini kəsmədi. Bilkent Universitetinin Nanotexnologiya Mərkəzində fəaliyyətini davam etdirərək müasir elmi istiqamətlər üzrə araşdırmalara qoşuldu. Onun rəhbərliyi və iştirakı ilə hazırlanan idarəetmə və elektrooptik sistemi isə elmi biliklərin konkret texnoloji nəticəyə çevrilməsinin nümunələrindən biri oldu və Türkiyənin müdafiə texnologiyalarının inkişafına töhfə verdi.

Vətənə bağlılıq missiyası

Əmirulla Məmmədov uzun illər doğma Azərbaycandan kənarda yaşasa da, xalqının taleyinə, milli məsələlərə və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə həssaslıqla yanaşıb. 1980-ci illərin mürəkkəb siyasi dövründə “Vətən” Cəmiyyəti ətrafında formalaşan milli ziyalılar mühitində fəal iştirak edən alim “Azadlıq”, “Azad Avropa” və “Amerikanın səsi” radiolarında çıxış edərək Azərbaycanın mövqeyini, problemlərini və xalqın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırıb.

1991-ci ildən Türkiyədə yaşayan Əmirulla Məmmədov ictimai fəaliyyətini burada daha da genişləndib. Xüsusilə 20 Yanvar faciəsi və Xocalı soyqırımı həqiqətlərinin tanıdılması istiqamətində fəal mövqe nümayiş etdirib. Adanada Xocalı faciəsinin yaddaşlarda yaşadılması məqsədilə həyata keçirilən təşəbbüslər, abidənin ucaldılması və parkın salınması onun bu sahədəki xidmətlərinin nümunələridir.

Türkiyədə qurucusu və ilk sədri olduğu “Azərbaycanlı Elm Adamları Dərnəyi” Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin əlaqələndirilməsi, elmi və mədəni münasibətlərin inkişafı onun fəaliyyətinin başlıca istiqamətlərinə çevrildi, fəal vətəndaş mövqeyini və milli məsələlərə bağlılığını nümayiş etdirdi.

Onun həyat və fəaliyyətinin bu istiqaməti alim şəxsiyyətinin daha bir mühüm cəhətini üzə çıxarır. Əmirulla Məmmədov üçün ziyalılıq yalnız elmi bilik və akademik nailiyyətlərlə ölçülmür. Bu anlayış həm də milli dəyərləri qorumaq, tarixi yaddaşı yaşatmaq və ölkəsinin mənafeyini beynəlxalq müstəvidə müdafiə etmək məsuliyyətidir. O, yaşadığı ölkələrdə Azərbaycanı təmsil etməklə elmi nüfuzunu milli xidmətə çevirən ziyalılardandır.

Əmirulla Məmmədovun çoxşaxəli xidmətləri yüksək qiymətləndirilib. O, 1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət mükafatı laureatı olub, 2016-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2021-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı, 2022-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib. Bakı Dövlət Universiteti 2016-cı ildə onun xidmətlərini fəxri fərmanla, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə qiymətləndirib.

Bu təltiflər alimin elmi, pedaqoji və ictimai fəaliyyətinə verilən qiymətin ifadəsidir. Lakin onun ən böyük qazancı yaratdığı elmi irs, yetişdirdiyi tələbələr, qurduğu Azərbaycan–Türkiyə dostluq əlaqələri və milli həqiqətlərin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfələrdir. Onun ömür yolu bir daha göstərir ki, vətənə xidmət üçün coğrafi sərhədlər maneə deyil. Əsas olan milli kimliyə sədaqət, elmi məsuliyyət və xalqın gələcəyinə inamdır.

Namiq QƏDİMOĞLU,
Əməkdar jurnalist,
fəlsəfə doktoru
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri