Azərbaycan alma ixracından gəlirini 29 faizə yaxın artırıb
525.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycan 31 min 452 ton alma ixrac edib.
525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 24 milyon 896 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyon 555 min dollar (28,7 %) , həcm baxımından isə, 2 min 466 ton ( 8,5 %) çoxdur.
Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Aprel 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















