Saçını boyadıb reklama çəkildi: 30 milyon alacaq FOTO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin məşhur rok qrupu “Athena”nın solisti Gökhan Özoğuz imicində etdiyi dəyişikliklə diqqət mərkəzinə düşüb.
İllərdir narıncı saçları ilə tanınan müğənni yeni reklam layihəsi üçün saçlarını yaşıl rəngə boyadıb.
Məlumata görə, Gökhan Özoğuz bir yemək çatdırılması şirkətinin rebrendinq kampaniyası çərçivəsində hazırlanan reklam çarxında rol alıb. Reklamın əsas ideyası brendin narıncı rəngdən yaşıl rəngə keçidini əks etdirmək olub.
Müğənninin yeni görünüşü sosial şəbəkələrdə də maraq doğurub. Onun reklam çəkilişi üçün 30 milyon Türkiyə lirəsi məbləğində müqavilə imzaladığı iddia edilir.
Reklam çarxı məşhur rejissor Martin Werner tərəfindən lentə alınıb.
Uzun illərdir özünəməxsus saç rəngi ilə seçilən Gökhan Özoğuzun bu dəfə yaşıl saçlarla kamera qarşısına keçməsi kampaniyanın ən çox diqqət çəkən məqamlarından biri olub. / Metbuat.az/

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 07 Noyabr 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















